Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib

Xəbərin çap versiyası
Tarix: 7-11-2018, 09:49    |    Xəbər oxunub: 518 dəfə
Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən Şəki rayonu ərazisində karantin tətbiq edilən zərərvericilərə qarşı fitosanitar monitorinqlər və kimyəvi mübarizə tədbirləri davam etdirilir.



Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Şəki rayonunun park və xiyabanlarında fitosanitar müşahidələr aparılıb və parklarda əkilmiş 65 ədəd müxtəlif dekorativ bitkilərdə karantin obyekti hesab edilən yaponiya yalançı qalxanlı mumlu yastıcası (Ceroplastes japonicus Green.) ilə sirayətlənmə aşkar edilib.

Mütəxəssislər tərəfindən adıçəkilən zərərvericilərə qarşı dövlət büdcəsindən ayrılmış vəsait hesabına korumaqor (2 l/ha) insektisidi ilə kimyəvi mübarizə aparılıb.

Məlumat üçün bildirək ki, yaponiya yalançı qalxanlı mumlu yastıcası əsasən Lənkəran, Astara, Masallı, Abşeron və Göyçay rayonlarında ocaqlar şəkində yayılıb. Zərərverici alma, armud, gilas, albalı, tut, xurma, feyxoa, yemiş, zoğal, dəfnə, çay, əncir, portağal, narıncı və s. bitkilərlə qidalanaraq çoxalır. Əsasən əkin materialı ilə yayılır.

Yetkin dişi fərd yarımşar şəkilli olub, uzunluğu 5 mm-ə qədərdir. Zərərvericidə kəskin dimorfizm müşahidə olunur. Dişi fərdləri qanadsızdır, ayaqları yaxşı inkişaf etmədiyindən adətən qidalandığı yerə yapışır və hərəkətsiz qalır. İfraz edilən mumabənzər maddə bədəni örtərək qalxanabənzər qın təbəqəsi əmələ gətirir. Qışı mayalanmış halda keçirən dişi fərdlər ətrafa hərəkət etmədən bitkiyə yapışdığı yerdə qarıncıq hissəsini bədənin altına sıxışdırıb yumurta qoyur. Bir dişi fərd orta hesabla 400-500 ədəd , bəziləri isə 2500-ə qədər yumurta qoya bilir.

Yayın ortalarında qoyulan yumurtalardan ağımtıl, çox mütəhərrik sürfələr çıxır. Onlar xırda və yüngül olduğundan külək vasitəsilə ətrafa yayılır. Bundan başqa yumurtadan yenicə çıxmış sürfələr çox çevik və yaxşı hərəkətetmə qabiliyyətinə malik olduqlarından məhv olmuş dişinin altından uzaqlaşıb ətrafda olan sağlam bitkilərə yayılır. Sürfələr ən çox yarpaqların damarları ətrafına yapışır və onları deşıb şirəsini sorur, yarpaqların qurumasına, meyvələrin tökülməsinə və hətta bitkinin tam məhv olmasına səbəb olur. Tut, çay və sitrus bitkiləri üçün zərərverici daha qorxuludur. Zərərverici bitkilərin məhsuldarlığını azaltmaqla bərabər, onun keyfiyyətinə də mənfi təsir edir. Zərərverici il ərzində 1 nəsil verir.

Zərərvericiyə qarşı aşağıdakı tədbirlər aparılmalıdır:

1. Karantin tədbirlərinə düzgün əməl edilməli, yastıca yayılmış rayonlardan başqa rayonlara tinglərin və calaq üçün çubuqların göndərilməsinə yol verilməməli, ehtiyac olduqda əkin materialı fumiqasiya edilməlidir;

2. Zərərverici ilə yoluxmuş bağlarda sentyabr-oktyabr aylarında yarpaqlar, qurumuş budaqlar və bitki qalıqları toplanıb yandırılmalıdır;

3. Bioloji tədbir olaraq, zərərvericinin təbii düşmənləri olan mikroterus, kokkofaqus, skutellis və digər faydalı həşəratların laboratoriyalarda artırılıb sahələrə buraxılması məqsədəuyğundur;

4. Vegetasiya müddətində isə zərərvericiyə qarşı aşağıdakı pestisidlərdən istifadə olunması məsləhət görülür : avantaj (1.5 l/ha), siperkor (1.0 l/ha), mezetam (0.1-0.2 l/ha), dentis (0.2 l/ha), desis (0.5 l/ha), Bi-58 (1-2.5 l/ha), korumaqor (1.5-2.5 l/ha və yastıcalara qarşı istifadə edilən digər insektisidlər. Dərmanlamaların yumurtadan yeni çıxmış sürfələrə qarşı (iyunun sonu – iyulun əvvəli) aparılması daha səmərəlidir.

Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib

Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib

Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib

Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Payız ağacəkmə kampaniyası davam edir

Payız ağacəkmə kampaniyası davam edir

Dövlət Komitəsinin sədri məcburi köçkünləri qəbul edib

Dövlət Komitəsinin sədri məcburi köçkünləri qəbul edib

Bakıda Suriya türkmənlərinin tanınmış sənətçisi Adil Şanla görüş keçirilib-

Bakıda Suriya türkmənlərinin tanınmış sənətçisi Adil Şanla görüş keçirilib- FOTOLAR

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun dördüncü iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun dördüncü iclası keçirilib

“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu-

“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu- VİDEO+FOTOLAR

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident-

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident- Təfərrüat+FOTOLAR

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Nazir müavini:

Nazir müavini: "Partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək"

20 noyabr hərracı:

20 noyabr hərracı: 9 elektron sifariş verildi, 5 dövlət əmlakı rəqabət yaratdı

"Nissan"ın rəhbəri həbs edildi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur