Fuad Muradov İsveç Azərbaycan Birliyinin tədbirində iştirak edib

Xəbərin çap versiyası
Tarix: 7-11-2018, 15:31    |    Xəbər oxunub: 577 dəfə
Fuad Muradov İsveç Azərbaycan Birliyinin tədbirində iştirak edib


İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti İsveç Azərbaycan Birliyinin təşkil etdiyi tədbirə qatılıb.

Komitənin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçə səfəri çərçivəsində keçirilən görüşlərdən və əldə edilən razılaşmalardan ətraflı məlumat verərək, səfər çərçivəsində təsis konfransına da qatıldıqlarını bildirib. Koordinasiya Şurasının yaradıldığını və koordinatorların seçildiyini qeyd edərək, bununla da diasporun yeni eraya qədəm qoyaraq Skandinaviya regionundakı fəaliyyətinin daha aktiv və məqsədyönülü şəkildə həyata keçiriləcəyinə əminliyini vurğulayıb.

SAF - İsveç-Azərbaycan Birliyinin rəhbəri Sevda Dadaşova təşkilat fəalları ilə görüşə gəldiyi üçün nümayəndə heyətinə minnətdarlığını bildirərək, rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, keçirdiyi tədbirlərdən və qarşısına qoyduğu məqsədlərdən söz açıb.

Diaspor fəaliyyəti ilə bağlı interaktiv müzakirələrlə keçən tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə uşaq musiqi-rəqs qrupu tərəfindən Azərbaycan milli rəqslərinin ifası böyük marağa səbəb olub.

Sonda Dövlət Komitəsi tərəfindən SAF təşkilatının uşaq musiqi-rəqs qrupuna hədiyyələr təqdim edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu-

“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu- VİDEO+FOTOLAR

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident-

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident- Təfərrüat+FOTOLAR

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Nazir müavini:

Nazir müavini: "Partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək"

20 noyabr hərracı:

20 noyabr hərracı: 9 elektron sifariş verildi, 5 dövlət əmlakı rəqabət yaratdı

"Nissan"ın rəhbəri həbs edildi

Azərbaycanda terrora cəhd edən erməni diversant məhkəmə qarşısında-

Azərbaycanda terrora cəhd edən erməni diversant məhkəmə qarşısında- VİDEO+FOTOLAR

Metroda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıblar

Metroda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıblar

Tanınmış azərbaycanlı müğənni vəfat etdi

Tanınmış azərbaycanlı müğənni vəfat etdi

Azərbaycanda 3 qurum birləşdirilir, super nazirlik yaradılır

Azərbaycanda 3 qurum birləşdirilir, super nazirlik yaradılır

Hava şəraiti qeyri-sabit keçəcək:

Hava şəraiti qeyri-sabit keçəcək: sulu qar, qar yağacağı ehtimalı var-XƏBƏRDARLIQ

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur