Fransada Bayraq Günü münasibətilə caz-muğam konserti keçirilib


Fransada Bayraq Günü münasibətilə caz-muğam konserti keçirilib


Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayevin dəstəyi ilə və Fransanın Lion şəhərinin 6-cı rayonunun meriyasında Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəsmi təqdimat gecəsi və Etibar Əsədlinin caz-muğam konserti keçirilib.



Tədbiri Lion şəhərinin 6-cı rayonunun mədəniyyət məsələləri üzrə müşaviri xanım Mari-Jozef Barni dö Romaneaçaraq Azərbaycan haqqında qısa məlumat verdi və ilk dəfə olaraq meriya binasında Azərbaycanı təmsil edən cazz-muğam konsertinin keçirilməsinin təşkilində iştirak etdiyi üçün çox məmnun olduğunu söylədi.

Daha sonra tədbirdə, Azərbaycan Respublikasının Fransadakı səlahiyyətli səfirini təmsil edən Vaqif Ağayev çıxış edib. Azərbaycan Demokratik Respublikasının 100 illiyi barəsində, Azərbaycan mədəniyyətinin qorunmasında və dünyada tanınmasında Heydər Əliyev Fondunun müstəsna işindən danışaraq muğam sənəti barədə məlumat verdi. Daha sonra Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel Səfərova tədbir iştirakçılarını salamlayaraq assosiasiyanın 2018-ci ilin may ayında yaranmasına baxmayaraq qısa müddətdə görülən işlərdən tədbir iştirakçılarına məlumat verib. Assosiasiyanın əsas məqsədinin Azərbaycanı, Fransanın regional rəsmi idarəetmə orqanları ilə birlikdə müştərək layihələr həyata keçirərək tanıtmaq olmasını vurğulayıb. Eyni zamanda, Azərbaycanın Dövlət Bayrağı Gününün 100 illiyindən və Azərbaycan mədəniyətinin zənginliyindən söz açdı.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Fransadakı səfirliyinin əməkdaşları, Türkiyənin Lion şəhərindəki Baş Konsulu, Montenegro və Daniyanın fəxri konsulları, habelə Lion şəhərin sakinləri, fransız ictimai-siyasi xadimlər iştirak etmişdilər.

Lion Fransanın üçüncü böyük şəhəridir. Burada illərlə Azərbaycan və ölkənin mədəniyyəti ilə bağlı heç bir tədbir keçirilməmişdir. Onu da nəzərə almaq lazımdır ki, Lion şəhərinin hazırki merinin müavini, erməni soyqırımının tanınmasının ən parlaq dəstəkçisi olan Corc Kəpənəkyandır. Belə bir şəhərdə Azərbaycan icmasının rəsmi təşkilatının fəaliyyət göstərməsi və Lion şəhərinin mərkəzində, dövlət binasında belə bir tədbirin keçirilməsinə nail olmaq çox təqdirəlayiqdir. Bu tədbirin əsas məqsədi erməni lobbisinin və diaspora təşkilatlarının ən güclü olduğu bir coğrafi məkanda milli maraqlarımızın yüksək səviyyədə təmin olunmasıdır.

Tədbirin sonunda Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel xanım çıxış edərək hər kəsə tədbirdə iştirakı üçün və dəstəyi üçün minnətdarlığını bildirdi. Tədbirə olan yüksək maraqla qarşılaşan xanım Mari-Jozef Barni dö Romane öz növbəsində bundan sonra Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının tədbirlərinə daha da yaxından dəstək verəcəklərini bildirdi.

Fransada Bayraq Günü münasibətilə caz-muğam konserti keçirilib


Fransada Bayraq Günü münasibətilə caz-muğam konserti keçirilib

Fransada Bayraq Günü münasibətilə caz-muğam konserti keçirilib

Fransada Bayraq Günü münasibətilə caz-muğam konserti keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu