"Qaçqınkom"da məcburi köçkünlərlə növbəti görüş olub

Xəbərin çap versiyası
Tarix: 13-11-2018, 17:05    |    Xəbər oxunub: 569 dəfə
"Qaçqınkom"da məcburi köçkünlərlə növbəti görüş olub


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib. Qəbulu komitənin rəhbərliyi və məsul əməkdaşları aparıblar.

Komitə sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini ayrı-ayrılıqda dinləyib, onların hər birinin araşdırılması üçün müvafiq tapşırıqlar verib. Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətlərin verilməsi, status məsələləri, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Məcburi köçkünlərə məlumat verilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı məsələni sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası təmin edilir, məcburi köçkünlərin mənzil problemi ilə yanaşı, məşğulluğunun da təmin edilməsi üçün mühüm addımlar atılır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Bakı və Sumqayıt şəhərlərində ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərlə bağlı verdiyi tapşırıq icra edilir.

Bundan başqa, mənzil məsələsi ilə bağlı müraciət edən məcburi köçkünlərə bildirilib ki, yeni mənzillərə köçürülmə mərhələli şəkildə aparılır. Öncə ən qəzalı binalarda və ən ağır şəraitdə yaşayanlar yeni mənzillərə köçürülür.

Dövlət Komitəsi sədrinin vətəndaş qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir. Qəbula gəlmək istəyənlərin müraciətləri əvvəlcədən növbəlilik prinsipi əsasında qeydə alınır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır

Azərbaycanın dünya çempionu həbs edildi-

Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…

"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib-

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib-

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb-

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur