Keçmiş gömrük zabitinin məhkəməsi başlayır


Keçmiş gömrük zabitinin məhkəməsi başlayır


Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada ittiham olunan Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin keçmiş rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. N.İmanovun vəkili Əfqan Məmmədov vəsatət qaldırıb. O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib. Bundan başqa, vəkil N.İmanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməyəcəyi təqdirdə hüquqlarını müdafiə etdiyi şəxsin dəmir barmaqlıqlar arxasından çıxarılıb yanında əyləşdirilməsini xahiş edib. Vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxışı noyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, DKG-nın yaydığı məlumata əsasən, Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn N.İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb. DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi N.İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.(Virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu