Əmlakların təkrar qeydiyyatında mühüm yenilik: onlayn qaydada...

Xəbərin çap versiyası
Tarix: 16-11-2018, 15:06    |    Xəbər oxunub: 611 dəfə
Əmlakların təkrar qeydiyyatında mühüm yenilik:


Təkrar bazarda daşınmaz əmlakın yeni sahibinin adına çıxarışın alınması proseduru xeyli sadələşib. Vətəndaşlar əmlaklarını, o cümlədən torpaq sahələrini, fərdi evlərini təkrar bazarda qeydiyyata almaq üçün əlavə ünvanlara müraciət etməyəcək. Yeniliyin tətbiqi daşınmaz əmlakın təkrar qeydiyyatı sahəsindəki prosedurları tam olaraq elektronlaşdırıb.



Belə ki, daşınmaz əmlak və torpaq mülkiyyətçiləri təkrar bazarda alqı-satqı prosesini onlayn rejimdə rəsmiləşdirə bilirlər. Artıq notariuslarda bağlanan müqavilələri Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyə ehtiyac qalmır. Notariuslarda alqı-satqı əməliyyatı aparılarkən əmlakın yüklülüyünə dair məlumat 10-15 saniyə ərzində onlayn rejimdə əldə edilir. Daha sonra alqı-satqı prosesi aparılaraq müqavilə imzalanır. Müqavilə elektron şəkildə reyestr xidmətinin yerli ərazi ofislərinə ötürülür. Belə müqavilə isə yeni mülkiyyətçinin adına çıxarış verilməsi üçün ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Qeydiyyat orqanı da bu müqavilə əsasında daşınmaz əmlakın və torpağın yeni sahibinin adına çıxarış tərtib edir. Yalnız bu halda vətəndaş hazır çıxarışını almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinə yaxınlaşır. Çıxarışlar vətəndaşın istəyindən asılı olaraq 1,3 və 7 iş günü ərzində tezləşdirilmə qaydası ilə verilə bilər. Həmçinin bu mülkiyyət sənədi “Elekron çıxarış” formasında da qeydiyyata alınır.

Artıq elektron çıxarışı almaq istəyən vətəndaşlar isə ümumiyyətlə alqı-satqı prosesindən sonra çıxarış almaq üçün heç bir ünvana müraciət etmir. Belə ki, çıxarış yeni sahibin “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır. Bununla da elektron çıxarışın tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Sistemin istifadəyə verilməsi proseduru olduqca sadələşdirərək təkrar qeydiyyatın optimallığını və çevikliyini artırır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Qalatasaray"dan 22-ci çempionluq!

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Eurovision 2019:

Eurovision 2019: Final qabağı həyəcan və son hazırlıqlar

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir-

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir- FOTO

Bakıda ticarət mərkəzində yanğın:

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub-

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub- FOTOLAR

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Boşananların sayı 4 minə çatır

Boşananların sayı 4 minə çatır

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur