Növbəti səyyar-qəbul görüş Güləbatlı kəndində oldu


Növbəti səyyar-qəbul görüş Güləbatlı kəndində oldu


Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Buruc kənd İƏD üzrə nümayəndəliyin Güləbatlı kəndində oldu.



Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Asif Alıkişiyev, Rafiq Sarıyev, Nüşabə Misirova və digərləri suvarma suyu üçün subartezian quyusunun qazılması, məktəb üçün əlavə sinif otaqlarının tikilməsi, su arxlarının lildən təmizlənməsi və şəxsi məsələlər barədə müraciətlər etdilər.

Qaldırılan məsələlər barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Növbəti səyyar-qəbul görüş Güləbatlı kəndində oldu
Növbəti səyyar-qəbul görüş Güləbatlı kəndində oldu
Növbəti səyyar-qəbul görüş Güləbatlı kəndində oldu
Növbəti səyyar-qəbul görüş Güləbatlı kəndində oldu
Növbəti səyyar-qəbul görüş Güləbatlı kəndində oldu
Növbəti səyyar-qəbul görüş Güləbatlı kəndində oldu
Növbəti səyyar-qəbul görüş Güləbatlı kəndində oldu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu