Ağdamda 35 subartezian quyusu qazılacaq


Ağdamda 35 subartezian quyusu qazılacaq


Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ağdam rayonunda 35 ədəd subartezian quyusunun yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri hazırlanıb və podrat təşkilatlarla müqavilələr imzalanıb.

Bu barədə AFN-ə ASC-nin mətbuat katibi Dilqəm Şərifov bildirib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 5 noyabr 2018-ci il tarixli Sərəncam imzalayıb. Bu Sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb. Yuxarıda qeyd edilən tədbirlər də həmin sərəncama uyğun olaraq reallaşdırılıb".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu