Bakıda avtobus daha bir xadimə qadını vurub öldürdü


Bakıda avtobus daha bir xadimə qadını vurub öldürdü


Bakıda avtobusun piyadanı vuraraq öldürməsi hadisəsi barədə yeni təfərrüat məlum olub.

“Report” xəbər verir ki, hadisə metronun “Koroğlu”stansiyanın avtobus dayanacağında baş verib.

58 yaşlı Şükürov Bəhruz Əlibaba oğlunun idarə etdiyi 173 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus 1960-cı il təvəllüdlü Hürü Cəlal qızı Əliyevanı vurub. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, H.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, dünyasını dəyişən H.Əliyeva metronun “Koroğlu” stansiyasında xadimə işləyirmiş.

* * *13:05

Dekabrın 13-də saat 18 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu