Masallı rayon Təhsil Şöbəsinin müdiri haqqında yazılanlara aydınlıq gətirdi


Masallı rayon Təhsil Şöbəsinin müdiri haqqında yazılanlara aydınlıq gətirdi


15.11.2018-ci il tarixdə AFN.az xəbər portalında “Masallı rayon ümumtəhsil məktəb direktorlarının təhsil nazirinə AÇIQ MƏKTUB”u başlıqlı yazı yayımlanmışdı.



Adı çəkilən yazı anonim idi və iddialara aydınlıq gətirmək üçün təhsil şöbəsi ilə əlaqə saxlamağa cəhd göstərsək də heç bir nəticə əldə etməmişdik. Operativlik mövqeyi baxımdan yazını dərc etmiş və sonda qarşı tərəfin mövqeyini verməkdə hazır olduğumuzu bildirmişdik.

Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, haqqında yazılanları birmənalı olaraq təkzib edib. O, bildirib ki, iddialar əsasızdı və həqiqəti əks etdirmir.



Bütün bunları nəzərə alaraq bildiririk ki, Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərovun mövqeyini işıqlandırmağı peşə borcu hesab edirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu