“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı

Xəbərin çap versiyası
Tarix: 11-02-2019, 13:06    |    Xəbər oxunub: 519 dəfə
“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı


“Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində dəstək olduğu “Gələcəyini Qur” layihəsinin iştirakçıları ilə görüşüb.

Şirkətdən AFN-ə verilən məlumata görə, görüşdə seçim turunda fərqlənən və yüksək nəticə göstərən 20 şagird (12 qız, 8 oğlan), eyni zamanda şirkət nümayəndələri iştirak edib. Dəyirmi masa ətrafında toplaşan layihə iştirakçıları şirkət nümayəndələri ilə gələcək hədəflərini və planlarını bölüşüblər. Tədbirin sonunda “Veysəloğlu” şirkəti dəstək olduğu şagirdlərə hədiyyələr təqdim edib və xatirə fotosu çəkilib.

Qeyd edək ki, “Veysəloğlu” şirkətlər qrupu layihə çərçivəsində Sabunçu rayonunda aztəminatlı ailələrdən olan, yüksək intellektual qabiliyyəti və universitetdə oxumaq arzusu olan yerli orta məktəb şagirdlərinin hazırlıq kursları ilə təmin edilməsinə dəstək göstərir.

Xatırladaq ki, “Gələcəyini Qur” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihəyə seçilmiş şagirdlər ölkənin aparıcı ali təhsil məktəblərinə qəbul olmaları üçün 1 il ərzində xüsusi hazırlıq kurslarında bilik və bacarıq səviyyələrini yüksəldəcəklər ki, bu yolda da “Veysəloğlu” şirkəti onlara dəstək göstərir.

“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı

“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı

“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı

“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı

“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı

“Veysəloğlu” şirkətlər qrupu “Gələcək Qurmaq” üçün yola çıxdı





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Afiq Səfərov 12 il çalışdığı

Afiq Səfərov 12 il çalışdığı "Azərsun"dan ayrılmasının səbəbini açıqlayıb

Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Prezident Xəzərin statusuna dair Konvensiyanı təsdiqlədi

Prezident Xəzərin statusuna dair Konvensiyanı təsdiqlədi

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək istəyir-

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək istəyir- “Bəlkə də bu, sonuncu müraciətimdir” (VİDEO)

Kənd Təsərrüfatı Nazirliyində Xocalı faciəsi anılıb

Kənd Təsərrüfatı Nazirliyində Xocalı faciəsi anılıb

Azərbaycanda meşələr çəpərə alınacaq

Azərbaycanda meşələr çəpərə alınacaq

Rusiyalı hərbi ekspert:

Rusiyalı hərbi ekspert: “Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır”

Millət vəkili Kamaləddin Qafarov seçicilərlə görüşüb-

Millət vəkili Kamaləddin Qafarov seçicilərlə görüşüb- FOTOLAR

"Azercell"in KSM strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb

"Azərbaycan-Slavyan Gənclərinin I Forumu" öz işinə başlayıb- FOTOLAR

Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğu bu il istismara veriləcək

Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğu bu il istismara veriləcək

Bakıda körpünün üstündə maşın aşıb

Bakıda körpünün üstündə maşın aşıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur