Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlıq müzakirə edilib

Xəbərin çap versiyası
Tarix: 11-02-2019, 17:50    |    Xəbər oxunub: 593 dəfə
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlıq müzakirə edilib


Azərbaycan Respublikası Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi arasında enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə yaradılmış birgə Texniki Komissiyanın ilk iclası keçirilib.

Energetika Nazirliyindən AFN-ə verilən məlumata görə, komissiyanın Azərbaycan tərəfindən rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə yüksələn xəttlə inkişaf etdiyini, OPEC+ formatında intensiv əməkdaşlığın, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının bu ilin mart ayında Bakıda keçirilməsi kimi təşəbbüsün enerji sahəsində əlaqələrin inkişafına təkan verdiyini bildirib. Qeyd olunub ki, enerji sektorunda gələcək əməkdaşlıq üçün geniş imkanlar var və Texniki Komissiyanın iclasları bu potensialı reallaşdırmağa töhfə verəcək.

Komissiyanın Səudiyyə Ərəbistanı tərəfindən rəhbəri, bu ölkənin Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq münasibətlər üzrə müşaviri Şakir Mahrus isə deyib ki, enerji sahəsində çox istiqamətli əməkdaşlığın inkişafına nail olmaq hər iki ölkənin ümumi maraqlarına cavab verir.

İclasda neft hasilatı, emalı və neft-kimya məhsullarının dünya bazarlarına çıxarılması, “Saudi Aramco” və SOCAR arasında əlaqələrin genişləndirilməsi, SABİC şirkətinin Azərbaycanla neft-kimya sahəsində layihələrin həyata keçirilməsi perspektivləri, eləcə də bərpa olunan enerji, enerji səmərəliliyi, elektroenergetika sahələri üzrə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Qeyd olunub ki, Səudiyyə Ərəbistanı neft-qaz sektoru ilə yanaşı, bərpa olunan enerjidən istifadə ilə bağlı da Azərbaycanla təcrübəsini bölüşmək və ərəb şirkətlərini bu sahəyə cəlb etmək niyyətindədir.

Tədbirdə bərpa olunan enerji sahəsində qanunvericilik bazasının yaradılması, özəl sektorun bu sahəyə cəlbi istiqamətində görülən işlər, beynəlxalq şirkətlərlə əməkdaşlıq barədə məlumatlar diqqətə çatdırılıb.

İclasda həmçinin təbii resursların hasilatı sahəsində əməkdaşlıq imkanları, enerji səmərəliliyi sahəsində birgə seminarların keçirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib. İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə nazirliklər arasında anlaşma memorandumunun hazırlanması və imzalanmasının vacibliyi vurğulanıb.

Sonda iclasın yekunlarına dair protokol imzalanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində-

Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində- FOTOLAR

Bakıda 26 yaşlı qız əməliyyatdan sonra öldü:

Bakıda 26 yaşlı qız əməliyyatdan sonra öldü: "Baku Medical Plaza"nın adı hallanır

Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib

Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib

"Azərsu" "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” xidmətini istifadəyə verib

Yağışlı hava sabah da davam edəcək

Yağışlı hava sabah da davam edəcək

İnvestorlar növbəti hərracda hansı dövlət əmlaklarını özəlləşdirə bilər?

İnvestorlar növbəti hərracda hansı dövlət əmlaklarını özəlləşdirə bilər?

Bu da gömrükdə rüşvət faktı! -

Bu da gömrükdə rüşvət faktı! - Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır-

Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır- TƏHLÜKƏ

Təhsil məmurunun milyonluq villası:

Təhsil məmurunun milyonluq villası: “Son dövrlər əldə etdiyi malikanələrdən sadəcə biridir…” (FOTO)

Qadın taksi sürücüsü: “Kişi kollektivində çalışmaq möhtəşəm hissdir”-

Qadın taksi sürücüsü: “Kişi kollektivində çalışmaq möhtəşəm hissdir”- VİDEO+FOTOLAR

Azərbaycan-Türkiyə ortaq hərbi təlimi keçiriləcək

Azərbaycan-Türkiyə ortaq hərbi təlimi keçiriləcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur