Azərbaycan-Belarus tibbi turizm əməkdaşlığı müzakirə olunub

Xəbərin çap versiyası
Tarix: 12-02-2019, 13:11    |    Xəbər oxunub: 610 dəfə
Azərbaycan-Belarus tibbi turizm əməkdaşlığı müzakirə olunub


Qlobal Turizm Şurasının sədri, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Turizm sektoru ilə iş komissiyasının sədri Ruslan Quliyev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşüb.

Gennadi Axramoviçin dəvəti ilə səfirlikdə baş tutan görüşdə iki ölkə arasında 2019-cu il ərzində tibbi turizm sahəsində mümkün əməkdaşlıq, həm Azərbaycanın, həm də Belarusun turizmin bu istiqaməti üzrə malik olduğu potensial və bu potensialdan səmərəli istifadə məsələləri müzakirə olunub. Görüşdə həmçinin Belarus turoperatorlarının və tibb işçilərinin 4-6 aprel tarixlərində Azərbaycana, Azərbaycan turoperatorlarının isə may ayının əvvəllərində Belarus Respublikasına səfərlərii, səfər çərçivəsində hər iki ölkənin sanatoriya-kurort və tibb müəssisələri ilə yaxından tanışlıq qərara alınıb.

Görüş zamanı Gennadi Axramoviç Azərbaycanın Qlobal Turizm Şurası kimi nüfuzlu turizm qurumuna sədrlik etməsindən qürur duyduğunu, ölkəmizin turizm sahəsində daha böyük uğurlara imza atacağına inandığını da vurğulayıb.

Fəxriyyə ABDULLAYEVA

Azərbaycan-Belarus tibbi turizm əməkdaşlığı müzakirə olunub





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"ASAN Yay Festivalı" Gəncədə

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? -

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? - VİDEO

Vəkil sirrləri açdı:

Vəkil sirrləri açdı: MTN sabiq naziri necə tutub?

Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Bu rayonlarda qazın dayandırılması təxirə salınıb

Bu rayonlarda qazın dayandırılması təxirə salınıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri və millət vəkilləri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri və millət vəkilləri ilə Qarabağdan danışıb

Elnarə medalla təltif olundu -

Elnarə medalla təltif olundu - FOTOLAR

Rəqsanəyə cinayət işi açıla bilər -

Rəqsanəyə cinayət işi açıla bilər - AÇIQLAMA

Məktəbli formaları dəyişir -

Məktəbli formaları dəyişir - Nazirlikdə işçi qrupu yaradıldı

NRYTN inhisarçılıq edib:

NRYTN inhisarçılıq edib: Nazirliklə bağlı məcburi qərar qəbul edildi

“Nar”ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

“Nar”ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

Yaxın günlərdə hansı yaşayış məntəqələrinə qaz veriləcək?-

Yaxın günlərdə hansı yaşayış məntəqələrinə qaz veriləcək?- "Azəriqaz"dan açıqlama

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur