Muxtar Babayev Beyləqanda vətəndaşları qəbul edib


Muxtar Babayev Beyləqanda vətəndaşları qəbul edib


Ekologiya və Təbii Sərvətlər naziri Muctar Babayev Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Zərdab, Fizuli, Xocavənd, Laçın, Ağcabədi, Ağdam və Bərdə rayonlarının vətəndaşlarını qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu