Nazir departament direktorunu işdən çıxardı- ETSN-də dəyişiklik


Nazir departament direktorunu işdən çıxardı-


Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, nazir Muxtar Babayevin əmri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov işdən kənarlaşdırılıb.

Nazir departament rəisi vəzifəsini müvəqqəti olaraq Ağadadaş Qaraşova tapşırıb.

Qeyd edək ki, Ağaqardaş Qaraşov buna qədər Meşələrin İnkişafı Departamentinin direktor müavini vəzifəsində çalışırdı.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AFN-in sorğusuna cavab olaraq xəbəri təsdiqləyib. Həmçinin bildirib ki, S.Abbasov departament rəhbəri vəzifəsindən azad edilsə də, ona başqa bir vəzifə həvalə edilib. Belə ki, sabiq departament rəhbəri bundan sonra "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-də sədr müavini vəzifəsini icra edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu