Qubada elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqinə başlanıb

Xəbərin çap versiyası
Tarix: 22-02-2019, 14:00    |    Xəbər oxunub: 564 dəfə
Qubada elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqinə başlanıb


Quba rayonunda fəaliyyət göstərən fermerlər öz aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə başlayıblar. EKTİS-in tətbiqi ilə bağlı pilot rayon kimi seçilmiş Qubada fermerlərə kömək məqsədilə dörd məntəqə yaradılıb. Fermerlər Quba Dövlət Aqrar İnkişaf Mərkəzində, ASAN Xidmətdə, Fermer evində və Hacıhüseynli kəndində qurulmuş məntəqələrə yaxınlaşaraq, EKTİS-də qeydiyyatdan keçə bilərlər.

AFN xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi və ASAN Xidmətin əməkdaşlığı çərçivəsində Səyyar ASAN Xidmət avtobusu Hacıhüseynli kəndində kənd təsərrüfatı məhsullarının istehsalçılarına xidmət göstərməyə başlayıb. Qubanın Hacıhüseynli, Hacıqayıb, Əliməmmədova, Davidova, Ərməkiqışlaq, Qımılqışlaq, Novonikolayevka, Küpçalqışlaq, Mirzəqasım kəndlərində yaşayan fermerlər Səyyar ASAN Xidmət avtobusuna yaxlınlaşaraq EKTİS sistemində özlərinə şəxsi kabinetlər yaradır, aqrar fəaliyyətlərinə dair informasiyalarını qeyd edirlər. Kənd Təsərrüfatı Nazirliyinin yerli və tabeli qurumlarının əməkdaşları, Aqrar İnkişaf Könüllüləri sistemdən istifadə qaydaları, EKTİS-in funksiyaları və üstünlükləri ilə bağlı fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Bu prosesə cəlb olunan əməkdaşlara bazar ertəsindən başlayaraq xüsusi təlimlər keçirilib, xidmət reqlamenti izah olunub. Eyni zamanda Qubada fəaliyyət göstərən ASAN Xidmət Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb. “Yeni istifadəyə verilən sistem fermerlər üçün bir çox üstünlüklər yaradacaq. Fermerlər www.eagro.az saytında FİN kod və telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçir, özünə şəxsi kabinet yaradır, çıxarış sənədi əsasında elektron xəritədə özünə məxsus torpaq sahəsinin koordinatlarını və sahəsini qeyd edir, bu il həmin sahədə hansı məhsul əkdiyi barədə məlumat verir. Formalaşan məlumatlar bazası mövcud trendləri araşdırmağa, təhlillər aparmağa və fermerlərə tövsiyə verməyə kömək edəcək. Fermerlər eyni zamanda bu sistem vasitəsilə heç bir yerə getmədən, mobil telefon, planşet və ya kompüter vasitəsilə istədiyi xidməti sifariş verə, şikayətlərini qeyd edə bilərlər. Sistem xidmət sifarişi və şikayətlərə operativ, çevik reaksiya vermək imkanı yaradır”. Bu fikirləri Quba Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən brifinqdə jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Fermerləri EKTİS sistemində qeydiyyatdan keçməkdə aktiv olmağa çağıran nazirlik rəsmisi ilk gün müşahidə olunan fəallıqdan razı qaldıqlarını bildirib: “Hacıhüseynli kəndində səyyar xidmət avtobusuna yaxınşlaşan fermerlərlə söhbətlərimiz oldu. Fermerlər Elektron Kənd Təsərrüfatı Sisteminin onlara verəcəkləri üstünlükləri anlayırlar. Xidmət məntəqələrində müşahidə olunan fəallıq bunu söyləməyə əsas verir. Onların çoxsaylı suallarını könüllülərimiz, təlimə cəlb olunan əməkdaşlarımız cavablandırırlar. İlkin reaksiyalar normaldır. Həftə sonu xidmət məntəqələrinə daha çox axının olacağını gözləyirik”.

Vüqar Hüseynov əlavə edib ki, Quba və Şəkidə məlumatlandırma prosesi və EKTİS-in tətbiqinin ilkin mərhələsi başa çatdıqdan sonra fermerlərin elektron sistemdə qeydiyyatı bütün ölkə ərazisini əhatə edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

XİN:

XİN: Ermənistan "Arsenal"ın erməni futbolçusundan öz təxribatçı məqsədləri üçün istifadə edir

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Deputat:

Deputat: "Statistika Komitəsinin sədri bazara gedir ya yox?"

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Meriya vətəndaşların

Meriya vətəndaşların "Tarqovı"ya girişinin qadağan edilmə xəbərinə reaksiya verdi

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub-

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub- FOTOLAR

Sabunçu bazarında yanğın -

Sabunçu bazarında yanğın - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur