Selfi çəkmək istəyən 13 yaşlı qız binanın damından yıxılaraq öldü


Selfi çəkmək istəyən 13 yaşlı qız binanın damından yıxılaraq öldü


Gürcüstanın Rustavi şəhərində 9 mərtəbəli yaşayış binasının damında “selfie” çəkdirmək istəyən 13 yaşlı qız yıxılaraq ölüb. Hadisə şəhərin Leonidze küçəsi 4 ünvanında baş verib.

Şahidlərin sözlərinə görə, iki yeniyetmə foto çəkdirmək üçün binanın damına çıxıb və onlardan birinin ayağı sürüşərək yıxılıb.

Yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu