Peşə və kvalifikasiya standartları beynəlxalq ekspertlərlə müzakirə edilib


Peşə və kvalifikasiya standartları beynəlxalq ekspertlərlə müzakirə edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Təlim Fondunun (ATF) ekspertləri Aryen Deij və Galyna Terzi, Estoniya Kvalifikasiya Qurumunun ekspert kordinatoru xanım Maris Vaht ilə görüş olub.

Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, görüşdə ƏƏSMN-in Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ölkəmizdə peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi sahəsində aparılan işləri diqqətə çatdırıb.

Görüş zamanı “Peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi və qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi və “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərar layihələri müzakirə edilib. Həmçinin informal və qeyri-formal üsullarla əldə edilmiş bacarıqların tanınması mexanizmlərinə dair müzakirələr aparılıb.

Görüş Estoniyada və ayrı-ayrı Avropa ölkələrində təhsil sisteminin əmək bazarına uyğunlaşdırılması, peşə standartlarına əsaslanan kurikulumların hazırlanması üzrə mövcud təcrübəyə dair fikir mübadiləsi ilə davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu