Xəzər rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlanılıb

Xəbərin çap versiyası
Tarix: 14-03-2019, 15:24    |    Xəbər oxunub: 526 dəfə
Xəzər rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlanılıb


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Xəzər rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlanılıb.

Ötən müddətdə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsindən sonra Abşeron yarımadasının kənd və qəsəbələrinin içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub. Növbəti mərhələdə Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrində, o cümlədən Xəzər rayonunun kənd və qəsəbələrində paylayıcı şəbəkələrin yaradılmasına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

Xəzər rayonunda icra olunan layihələr Mərdəkan, Buzovna, Qala, Şüvəlan, Türkan və Binə qəsəbələlərini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Layihələrin əhatə etdiyi ərazilərin əksəriyyətində mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb.

Layihə çərçivəsində Şüvəlan qəsəbəsi Almaz İldırım və Dənizkənarı küçələrinin kəsişməsində yerləşən yaşayış məhəlləsində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrli borularla 9,8 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq.

Şağan qəsəbəsində də su şəbəkəsinin genişləndirilməsinə başlanılıb. Qəsəbə ərazisində müxtəlif diametrli borularla 3,8 km uzunluğunda yeni su şəbəkəsi yaradılacaq.

Binə qəsəbəsinin Südçülük adlanan ərazisində yeni mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi inşa ediləcək. Burada ümumi uzunluğu 4,6 km su xətlərinin tikintisi nəzərdə tutulur.

Hazırda Mərdəkan qəsəbəsi Sergey Yesenin və Hacı Zeynalabdin Tağıyev, Buzovna qəsəbəsi Koroğlu küçələrində, həmçinin Qala qəsəbəsində su şəbəkələrinin tikintisi davam etdirilir.

Ümumilikdə, Xəzər rayonunda icra olunan layihələr çərçivəsində 21 km-dən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Hazırda Buzovna və Türkan qəsəbələrində bina və həyət evlərinə sayğacların quraşdırılması davam etdirilir. Tikinti-quraşdırma işləri yay aylarına qədər başa çatdırılacaq. Yeni layihələrin icrası nəticəsində 2 mindən çox evə ilk dəfə su veriləcək.

Qeyd edək ki, hazırda “Azərsu” ASC Xəzər rayonunun 8 qəsəbəsində 35 minədək abonentə xidmət göstərir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Prezident bu şəxslərin pensiyasını artırdı

Prezident bu şəxslərin pensiyasını artırdı

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

Fuad Poladovun 71 illiyinə

Fuad Poladovun 71 illiyinə

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi-

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi- FOTOLAR

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?-

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?- AÇIQLAMA

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

"Tural Mirzəliyev məktəb direktoru ampluasından çıxmış biridir"- Mətbuat Şurası rəsmisindən açıqlama

"Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" necə peyda oldu?- Zərərçəkmişlər: "Bizə deyir pul verin..."

Kişi arvadından polisə şikayət etdi:

Kişi arvadından polisə şikayət etdi: “Məni döyür”

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur