Servitut: özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

Xəbərin çap versiyası
Tarix: 14-03-2019, 15:37    |    Xəbər oxunub: 509 dəfə
Servitut:


Servitut-mülkiyyətçinin sahibi olduğu əmlakının başqasına müəyyən hərəkətləri yerinə yetirmək və ya etməmək şərti ilə verilməsini təsdiq edən sənəddir. Özgəsinin daşınmaz əmlakından məhdud istifadə hüququnun rəsmiləşdirilməsi və ya ləğv edilməsi elektron şəkildə də yerinə yetirilir. Vətəndaşın bu sahədəki işi xeyli sadələşdi.

Xidmətin həyata keçirilməsi üçün müşayiət məktubu, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd, notariat qaydasında təsdiq edilmiş servitut müqaviləsi, ərizə tələb olunur. Həmçinin dövlət və bələdiyyə orqanının əsasnaməsinin və nizamnaməsinin rekvizitləri, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi tələblər sırasındadır. Bu xidmət 3 iş günü ərzində yerinə yetirilir. 20 manat xidmət haqqı və 20 manat dövlət rüsumu tələb olunur. Ödəniş bank, onlayn şəkildə, terminallar vasitəsilə həyata keçirilir.

Servitutun dövlət qeydiyyatının ləğv edilməsi üçünsə müşayət məktubu, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd, servitut müqaviləsi tərəfinin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə, məhkəmə qərarı əsas hesab olunur. Həmçinin daşınmaz əmlaka dair çıxarış, servitutun aradan qalxmasına dair sənədlər, servituta xitam verilməsi barədə notarial qaydada təsdiq edilmiş razılaşma və digər sənədlər tələb olunur. Bu xidmət də 3 iş günü ərzində yerinə yetirilir. 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu tələb olunur. Ödəniş bank, onlayn şəkildə, terminallar vasitəsilə həyata keçirilir.

Məlumat üçün bildirilməlidir ki, daşınmaz əmlakın servitutla yüklülüyü həmin əmlakın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz.

Bu əməliyyatları yerinə yetirmək üçün elektron qayda ilə yanaşı, vətəndaşlar Əmlak Xidmətləri Məkanına, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edə bilərlər. Xidmətlərdən istifadə etmək üçün e-emdk.gov.az saytına daxil olmaqla 23-cü və 24-cü bölməni seçə bilərsiz.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur