Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci il dönümü münasibətilə regional miqrasiya idarələrinin əməkdaşları təltif ediliblər

Xəbərin çap versiyası
Tarix: 14-03-2019, 18:02    |    Xəbər oxunub: 513 dəfə
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci il dönümü münasibətilə regional miqrasiya idarələrinin əməkdaşları təltif ediliblər


Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci il dönümü ərəfəsində silsilə tədbirlər davam etdirilir.



Növbəti tədbir Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyevin və Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyevin iştirakı ilə DMX-nın Ağsu Regional Miqrasiya İdarəsinin konfrans zalında təşkil olunub.

Dövlət Miqrasiya Xidmətinin 7 – Xaçmaz, Ağsu, Şirvan, Yevlax, Gəncə, Şəki, Lənkəran Regional Miqrasiya İdarələrinin, o cümlədən Yevlax şəhər Qanunsuz miqrantların saxlanması mərkəzinin rəhbərlərinin və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən Vəli Nağıyev DMX-nın yaradılmasının 12-ci il dönümü, miqrasiya orqanları işçilərinin peşə bayramı və uzun əsrlərdən bəri milli birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi xalqımız tərəfindən böyük məhəbbətlə qarşılanan Novruz bayramı münasibətilə əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb.

Xidmət rəisinin birinci müavini DMX-nın 12 il ərzində keçdiyi inkişaf yoluna nəzər salıb, əldə edilən nailliyyətləri diqqətə çatdırıb. Bildirib ki, ötən müddət Xidmətin kollektivi üçün əlamətdar olub. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradıldıqdan sonra ölkəmizdə təkmil miqrasiya qanunvericilyi qəbul edilib və təkmilləşdirilib, miqrasiya sahəsində müasir informasiya texnologiyalarına əsaslanan idarəetmə sistemi yaradılıb, xidmətin keyfiyyəti yüksəldilib, vətəndaş məmnunluğunun artırılılması istiqamətində kompleks tədbirlər görülüb.

Vəli Nağıyev söyləyib ki, Dövlət Miqrasiya Xidməti 12 il ərzində qarşıda duran vəzifələri uğurla icra edib. Xidmət rəisinin birinci müavini bundan sonra da Xidmət əməkdaşlarının öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, respublikada miqrasiya proseslərinin idarə olunması sahəsində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.

Sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının 12-ci ildönümü münasibəti ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun imzaladığı əmrlər elan olunub. Əmrə əsasən davranışlarına və xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşdıqlarına görə bir sıra əməkdaşlar mükafatlandırılıblar.

Xidmətdə fərqlənmiş 11 əməkdaş fəxri fərman, 3 əməkdaş “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 3-cü dərəcəli Azərbaycan

Respublikası medalı ilə təltif olunub. 5 əməkdaşa vaxtından əvvəl xüsusi rütbələr verilib. 10 əməkdaşa isə təşəkkür elan edilib.

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci il dönümü münasibətilə regional miqrasiya idarələrinin əməkdaşları təltif ediliblər
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci il dönümü münasibətilə regional miqrasiya idarələrinin əməkdaşları təltif ediliblər
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci il dönümü münasibətilə regional miqrasiya idarələrinin əməkdaşları təltif ediliblər





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur