Almaniya azərbaycanlıları bir araya gəlib

Xəbərin çap versiyası
Tarix: 15-03-2019, 21:06    |    Xəbər oxunub: 511 dəfə
Almaniya azərbaycanlıları bir araya gəlib


Berlində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının geniş iclası keçirilib. İclasda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Komitə sədri diaspor siyasətinin prioritet istiqamətləri barədə danışıb və son bir ildə görülən işlərlə bağlı məlumat verib. Diaspor siyasətinin mühüm məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra Koordinasiya Şurasının hesabatı dinlənilib və Şuranın İdarə heyətinin sədri Yaşar Musayev görülən işlər barədə danışıb, Şuranın gələcək planlarını diqqətə çatdırıb.

Dövlət başçısının sərəncamı ilə yaradılan və artıq fəaliyyətə başlayan Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib. İcraçı direktor Elşad Əliyev fondun fəaliyyət istiqamətləri barədə danışıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Aytən Əliyeva tədbir iştirakçılarını bu il Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan “Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsinin mahiyyəti və şərtləri barədə məlumatlandırıb. Diaspor hərəkatı sahəsində mühüm addım kimi qiymətləndirilən və ikinci ildir ki, ölkəmizdə təşkil olunan Diaspor Gənclərinin Yay Düşərgəsi Almaniyada yaşayan azərbaycanlıların marağına səbəb olub. Qeyd olunub ki, belə bir düşərgənin təşkili yeni nəsil Azərbaycan diasporu ilə işləmək üçün ən gözəl imkandır.

Toplantıda eyni zamanda Niderland, Belçika, Fransa, Skandinaviya ölkələri üzrə Koordinasiya Şuralarının əlaqələndiriciləri, o cümlədən Mayisə Gündoğdu, Toğrul Zeynallı, Ülviyyə Cabbarova da iştirak və çıxış ediblər. Avropada yaşayan azərbaycanlı alimlər Cavid Səfərov, Rasim Mirzəyev, Asif Məsimov, Avstriyada fəaliyyət göstərən diaspor təşkilatının rəhbəri və karate üzrə dünya çempionu Fərid Əzizov, bəstəkar və pianoçu Abuzər Manafzadə, Avropada şöhrət qazanmış azərbaycanlı rəssam Əşrəf Heybətov Berlində keçirilən müzakirələrin iştirakçısı olub. Onlar çıxışlarında maraqlı təkliflər səsləndiriblər.

Müzakirələrdə gənclər fəallıq nümayiş etdirib. Almaniyadakı Azərbaycan diasporu-nun təmsilçilərinin yeni və müasir imkanlara söykənərək diaspor hərəkatının keyfiyyətcə yeni müstəviyə qaldırılması, onlayn müzakirə platformalarının təşkili və s. barədə təklifləri maraqla qarşılanıb.

Sonda Azərbaycanın diaspor siyasəti, Yol Xəritəsində müəyyən olunan istiqamətlər üzrə iş planları və diaspor təşkilatlarının, onları birləşdirən Koordinasiya Şuralarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Almaniya azərbaycanlıları bir araya gəlib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur