Tələbələrin təqaüdündən pul tutulması ilə bağlı açıqlama


Tələbələrin təqaüdündən pul tutulması ilə bağlı açıqlama


Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universitetinin tələbələri təqaüdlərinin 5-10 manat arası kəsilməsindən şikayətçi idilər.



Bununla bağlı Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza "Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.

O bildirib ki, tələbələrdən heç bir əlavə pul tutulmur. Yalnız Həmkarlar İttifaqı qanuni əsaslarla təqaüdlərin 2%-ni tutur ki, bu da tələbələrin sosial fəaliyyəti ilə bağlıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu