Bayram ərəfəsində cəbhə bölgəsində geniş “Kütləvi çıxarış” kampaniyası keçirilib

Xəbərin çap versiyası
Tarix: 19-03-2019, 14:59    |    Xəbər oxunub: 570 dəfə
Bayram ərəfəsində cəbhə bölgəsində geniş “Kütləvi çıxarış” kampaniyası keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq cəbhə bölgəsində yaşayan vətəndaşların mənzil şəraitinin, güzəranlarının, o cümlədən yaşayışının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Buna uyğun olaraq xidmətlərin həmin ərazilərdə yaşayan vətəndaşlara daha rahat və innovativ üsullarla təqdim edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin əsas məqsədidir.

Komitə cəbhə bölgələrində yaşayan əhaliyə mütəmadi olaraq ünvanlardaca daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər göstərir. Sosial əhəmiyyətli “Kütləvi çıxarış” kampaniyası bu dəfə Novruz bayramı ərəfəsində, martın 19-da Ağdam rayonunda keçirildi. Cəbhə bölgəsini əhatə edən budəfəki “Kütləvi çıxarış” kampaniyası geniş şəkildə keçirilməklə Ağdamın 12 kəndini əhatə etdi. Belə ki, rayonun Xındırıstan, Dadaşlı, Baharlı, Paşabəyli, 1-ci və 2-ci Yüzbaşlı, Əhmədağalı, o cümlədən Böyükbəyli, Sarıcalı, Kəlbəhüseynli, Çəmənli, Sarıçoban kəndlərindən olan 200-ə yaxın sakinə ünvanlarındaca çıxarışlar təqdim edildi. Verilən çıxarışlar isə əsasən, fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib. Xidmətdən istifadə edənlər arasında Qarabağ müharibəsinin iştirakçıları, şəhid ailələri, döyüşlərdə xəsarət almış şəxslər də olub. Kampaniya zamanı şəhid ailələrinə çıxarışlar evlərində təqdim olundu.

Ənənəvi hal alan “Kütləvi çıxarış” kampaniyası cəbhə ərazilərində yaşayan sakinlərin əmlaklarının qeydiyyata alınma prosesini birbaşa yerlərdə aparmaqla əlçatanlığı artırır. Elə həmin gün çıxarış verilməsi məqsədilə 80-ə yaxın sakindən əmlaklarına dair ilkin sənədlər toplandı. Ağdam rayonunda sakinlərin çıxarışlarla təmin olunması ilə yanaşı, bu sahədə digər hüquqi xidmətlər də göstərilib. Belə ki, çıxarışların təqdim olunma qaydası, bu xidmətin göstərilməsi üçün lazım olan sənədlər, həmin sənədlərin başqa qurumlardan alınması kimi prosedurlar izah olunub. Komitənin fəaliyyətində istifadə olunan yeniliklər, müxtəlif sadələşmiş və elektron formada göstərilən xidmətlər barədə sakinlər əməkdaşlar tərəfindən məlumatlandırılıb. Bundan başqa mobil ofislərdə yaradılan şərait nəticəsində mütəxəssislər çıxarış veriləcək əmlakların müayinəsini, çöl-ölçmə işlərini, texniki plan-ölçülərinin müəyyən olunmasını həyata keçiriblər. Kampaniyadan istifadə edən bütün vətəndaşlar göstərilən yüksək səviyyəli xidmətdən razılıqlarını bildirdilər. Bu kampaniyanın Novruz bayramı ərəfəsində keçirilməsi isə əhalinin bayram sevincini daha da artırdı.

Çıxarışlarını alan cəbhə bölgəsinin sakinləri əmlaklarını tam istifadə etmək hüququna malik olur. Bununla əmlak daha rahat şəkildə iqtisadi əməliyyatlara cəlb edilir. Həmçinin belə tədbirlər cəbhə bölgəsi əhalisinin əmlakla bağlı ictimai-siyasi sahədə fəaliyyətə qoşulmağına dəstək olur. Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə mobil xidmətlər cəbhə bölgələri və digər regionlarda da davam edərək vətəndaş rahatlığı və məmnunluğunu artıracaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür

26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür

Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı-

Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı- FOTO

Fuad Abbasov Azərbaycana deportasiya edildi

Fuad Abbasov Azərbaycana deportasiya edildi

Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb

Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb

BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də

BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də

Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Rövşən Rzayev muğam müsabiqəsinin qalibləri ilə görüşüb

Rövşən Rzayev muğam müsabiqəsinin qalibləri ilə görüşüb

Prezident Firuddin Nəbiyevi təltif edib

Prezident Firuddin Nəbiyevi təltif edib

“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub -

“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub - FOTOLAR

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib -

Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur