Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb


Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb


Bakı Beynelxalq Avtovağzal Kompleksi (BBAK) bayram günlərində bölgələrə yola salınan sərnişin sayı haqqında statistik məlumatları açıqlayıb.

BBAK-dan verilən məlumata görə, 18 mart tarixində ümumilikdə 514 reyslə 14 300 sərnişin yola salınıb, 2100 sərnişin biletləri öncədən əldə edib ( online və qabaqcadan satış kassalarından).

Qeyd olunub ki, 19 mart tarixində, ümumilikdə 584 reyslə 17 800 sərnişin yola salınıb. Bu tarix üçün qabaqcadan bilet alanların sayı isə 5000 nəfər təşkil edib.

20 mart tarixində, ümumilikdeə 513 reyslə 14 742 sərnişin yola salınıb, biletleri qabaqcadan əldə edən sərnişin sayı isə 3303 nəfərdir.

21 mart tarixində bu saata qədər 6000-ə yaxın sərnişin daşınıb və gün ərzində 13-14 min olacağı gozlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu