Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Xəbərin çap versiyası
Tarix: 22-03-2019, 19:23    |    Xəbər oxunub: 579 dəfə
Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı


Ağıllı, işgüzar gəncləri görəndə adamın könlü açılır. Sevinirsən ki, gələcəyimiz etibarlı əllərdədir. Bu gün sizə həmin gənclərdən biri- Bəhruz Məmmədov haqqında söhbət açmaq istəyirəm. Bəhruz bəy 1987-ci ildə Bakıda dünyaya gəlib. 2004-cü ildə 153 saylı orta məktəbi bitirərək Gəncə Dövlət Universitetinə qəbul olunub. 2008-ci ildə həmin universitetdə kimyaçı ixtisasına yiyələnib. Sonra bir il əsgəri xidmət keçib. 2009-2012-ci illərdə Gədəbəydə "Azərbaycan Beynəlxalq Mədən Əməliyyatları Şirkəti"ndə çalışıb. Orada kimyaçı laborantdan aparıcı mühəndis vəzifəsinədək yüksələ bilib...

2012-ci ildə Niderland Krallığında Tvente Universitetinin magistratura pilləsinə daxil olub və 2014-cü ildə oranı nano materialları üzrə mühəndis ixtisası ilə başa vurub. Universiteti bitirdikdən sonra elmi rəhbəri ilə birlikdə "High-tech Eurekite" şirkətini yaradıblar. Hazırda həmin şirkətin maliyyə şöbəsini idarə edir. Şirkət ABŞ-ın "Cottonwood" investr fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir və nano liflər əsasında seramik materiallar hazırlayır. Bu materiallar heç bir kimyəvi reaksiyaya məruz qalmır və yüksək temperatura davamlıdırlar. Sənaye qazlarının filterasiyasında, eləcə də lithium əsaslı batareyaların istehsalında istifadə olunur…

…İl yarımdır ki, ailə qurub. Ömür-gün yoldaşı Aytac Ağakişiyeva ixtisasca memardır. İnteryer dizayner kimi çalışır…

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin milli və rəsmi bayramlarımızda təşkil etdiyi bütün tədbirlərin fəal iştirakçısıdır. Niderland universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə tez-tez görüşlər keçirir, onları evinə dəvət edir, problemlərinə diqqət ayırır. Bundan əlavə mart ayının əvvəlində Azərbaycanda olarkən UNEC-də startap təlimi də keçib...

Deyir ki,- "Həyatda uğur qazanmaq üçün dahi olmaq lazım deyil, məqsədin olmalıdır. Nə istədiyini bilmədinsə istəmədiyin yerlərə gedib çıxacaqsan. Kim iddialıdırsa buyurub Avropaya gələ bilər. Yox əgər sakit yaşamaq eşqi ilə gələcəksə, vətəndə qalsa yaxşıdır"…

Təcrübə və kapital toplamaq üçün Amerikaya köçüb, orada nano texnologiyaları üzrə şirkət yaratmaq istəyir. ABŞ-ın ən nüfuzlu universitetlərindən birində biznesin idarə olunması üzrə magistr(MBA) dərəcəsinə yiyələnməyi planlaşdırır. İnsan psixalogiyası və bizneslə bağlı kitabları oxumaqdan yorulmur. İdmanı çox sevir, artıq bir necə idir ki, cüdoyla məşğul olur.
“Niyə doktoranturaya qəbul olmaq istəmirsiz"- deyə soruşanda cavabı belə oldu: "Mən elm adamı olmaqdan ötrü deyil, elmdən kapital əldə etmək üçün çalışıram"…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qarabağda erməni əsgər öldürülüb

Qarabağda erməni əsgər öldürülüb

Rəqəmsal Dünyanın ilk təcrübəçiləri -

Rəqəmsal Dünyanın ilk təcrübəçiləri - “Azercell-Lab” təcrübə proqramının qalibləri elan edildi

Qənirə Paşayeva və Arzu Bağırova tanınmış media nümayəndələri ilə görüşüb -

Qənirə Paşayeva və Arzu Bağırova tanınmış media nümayəndələri ilə görüşüb - FOTOLAR

AZAL-ın təyyarəsində problem yarandı,

AZAL-ın təyyarəsində problem yarandı, "Neftçi" Rusiyaya uça bilmədi - FOTO

"Qarabağ" İrlandiya çempionuna qarşı

Saleh Məmmədovun gördüyü iş:

Saleh Məmmədovun gördüyü iş: Şəkidə analoqu olmayan yol (FOTO)

Gömrükdə tender müəmması

Gömrükdə tender müəmması

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə  -

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə - FOTOLAR

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur