Əlilliklə bağlı yeni meyarlar hazırlanıb


Əlilliklə bağlı yeni meyarlar hazırlanıb


Əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanıb.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, bu meyarlar əsasında qanunvericilik tərtib olunub:
"Bu, yaxın vaxtlarda Milli Məclisə təqdim ediləcək. Bunun üçün bizə yeni donorlar lazımdır. Çünki Azərbaycanda heç bir həkim əlilliyin beynəlxalq sahədəki meyarlarla təsnifatlaşdırılmasını bilmir".

Nazir qeyd edib ki, hazırda əlillik elə bir mexanizm ilə müəyyən edilir ki, onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi görmür: "Həkimlərin müayinəsi əsasında elektron məlumat nazirliyə daxil olur. Biz bu məlumata əsasən əliliyi ya təsdiq edirik, ya da etmirik".

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov isə bildirilib ki, elektron xidmətlər vasitəsilə mənfi hallar aradan qaldırılır: "İlk 6-8 ay ərzində əlilliyin verilməsi hallarını azaltmışıq, reabilitasiya xidmətlərini daha da artırmışıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu