İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Xəbərin çap versiyası
Tarix: 19-04-2019, 22:04    |    Xəbər oxunub: 525 dəfə
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib


Türkiyənin İstanbul şəhərində Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığına dair üçtərəfli görüş keçirilib.

AFN xəbər verir ki, iclasda Türkiyəni energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Türkmənistanı isə “Türkməngeologiya” Dövlət Korporasiyasının sədri Şahım Abdrahmanov təmsil edib. Ölkələr arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanın enerji sahəsində uğurlarından bəhs edən energetika naziri Pərviz Şahbazov deyib ki, bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Neft Strategiyası dayanır: “Bu strategiyanın töhfələri olan “Əsrin müqaviləsi”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və “STAR” Neft Emalı Zavodu layihələri həm də Azərbaycan-Türkiyə enerji əməkdaşlığının ölkələrimizə iqtisadi mənfəətlər və regionda siyasi üstünlüklər qazandıran nəticələridir. Ötən il Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 6,3 milyon ton türkmən mənşəli neftin nəqli də göstərir ki, bu layihələr bütüövlükdə region ölkələrinin mənafeyinə xidmət edir.”

Nazir ötən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Türkmənistana səfərinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini xüsusi qeyd edib. “Bu gün Azərbaycan, Türkiyə və Türkmənistan arasında dostluğa, səmərəli əməkdaşlığa əsaslanan münasibətlər yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Bugünkü görüş mövcud ikitərəfli enerji əməkdaşlığı üçtərəfli formatda inkişaf etdirməyə, Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı modelinin yaradılmasına, hər üç ölkənin böyük imkanlarını reallaşdırmağa töhfə verəcək”, deyə nazir əlavə edib.

Görüşdə indiyə kimi Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirləri səviyyəsində keçirilən ardıcıl görüşlər, qəbul edilmiş sənədlər, ortaq regional maraqlar, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) və Böyük İpək Yolunun bərpası kimi layihələrin üçtərəfli formatda əməkdaşlıq üçün güclü baza formalaşdırdığı qeyd edilib. Bu formatın enerji sahəsində inkişafı perspektivləri nəzərdən keçirilib.

Görüşün yekunlarına dair Birgə Bəyannamə imzalanıb. Sənəddə mövcud əməkdaşlığı bərpa olunan enerji, enerji səmərəliliyi, yaşıl texnologiyalar, təcrübə mübadiləsi sahələrinədək genişləndirmək, hər üç ölkənin neft-qaz sənayesində, enerji sektorunda çalışan şirkətləri, elmi-tədqiqat mərkəzləri arasında əlaqələrin gücləndirilməsi, sərgi, konfrans və seminarların keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Daha sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.

Tədbir çərçivəsində Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında ikitətəfli görüş də olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İmtahanların nəticələri elan edildi:

İmtahanların nəticələri elan edildi: Cəmi 1 nəfər maksimum balı yığıb

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi -

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi - 100 minlik tələb

“Azərsu” Şamaxı və Ağsunun kəndlərində içməli su layihəsinin icrasına başlayıb

“Azərsu” Şamaxı və Ağsunun kəndlərində içməli su layihəsinin icrasına başlayıb

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

Şirkət rəhbərlərinə hökm oxundu

Şirkət rəhbərlərinə hökm oxundu

Bu xalq bu zülmü çəkməyə layiq deyil-

Bu xalq bu zülmü çəkməyə layiq deyil- jurnalist Sahil Babayevə müraciət etdi

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlandı

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlandı

Azərbaycanın sabiq nazirləri bir arada-

Azərbaycanın sabiq nazirləri bir arada- “Range Rover”də 4 nəfər... (FOTO)

DSMF-də sosial təminat sahəsində görülən işlərə aid müşavirə keçirilib

DSMF-də sosial təminat sahəsində görülən işlərə aid müşavirə keçirilib

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Palatanın biabırçı “Azərsığorta” qərarı:

Palatanın biabırçı “Azərsığorta” qərarı: "Ya MBNP-nin rəhbərliyi dəyişməlidir, ya da..."

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur