Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb

Xəbərin çap versiyası
Tarix: 21-04-2019, 14:55    |    Xəbər oxunub: 517 dəfə
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb


Aprelin 20-də Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Açılışa bu ölkədə yaşayan 90 nəfərə yaxın azərbaycanlı qatılıb. Onların təxminən 25-i şagirddir.

AFN xəbər verir ki, məktəbin açılışında Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, Azərbaycanın Fransadakı səfirliyinin konsulluq məsələlərinə məsul katibi Zaur Fərhadov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi- Nantda fəaliyyət göstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov, eyni zamanda Fransada Azərbaycanlıların Koordinasiya Şuralarının digər əlaqələndiriciləri iştirak edib.

Giriş sözü ilə çıxış edən Fuad Muradov belə bir məktəbin açılmasının əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib. O, eyni zamanda bildirib ki, Fransada Azərbaycan və türk diasporlarının birgə işləməsi bizim üçün olduqca vacibdi.

Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu bildirib ki, doğrudan da Nantda Azərbaycan məktəbinin açılması vacib addımdı. O, nəzərə çatdırıb ki, bu məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir və məktəblə dərnək arasında sıx əlaqə qurulacaq.

Açılış mərasimində çıxış edən hər kəs Fransada belə bir məktəbin yaradılmasının mühüm addım olduğunu nəzərə çatdırıb.

Məktəbdə kitabxana da fəaliyyət göstərir və orada ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb.

Məktəbin açılışında milli geyimli uşaqlar şeirlər söyləyib, “Sarı gəlin” mahnısının sədaları altında rəqs edib, yallı gediblər.

Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İmtahanların nəticələri elan edildi:

İmtahanların nəticələri elan edildi: Cəmi 1 nəfər maksimum balı yığıb

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi -

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi - 100 minlik tələb

“Azərsu” Şamaxı və Ağsunun kəndlərində içməli su layihəsinin icrasına başlayıb

“Azərsu” Şamaxı və Ağsunun kəndlərində içməli su layihəsinin icrasına başlayıb

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

Şirkət rəhbərlərinə hökm oxundu

Şirkət rəhbərlərinə hökm oxundu

Bu xalq bu zülmü çəkməyə layiq deyil-

Bu xalq bu zülmü çəkməyə layiq deyil- jurnalist Sahil Babayevə müraciət etdi

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlandı

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlandı

Azərbaycanın sabiq nazirləri bir arada-

Azərbaycanın sabiq nazirləri bir arada- “Range Rover”də 4 nəfər... (FOTO)

DSMF-də sosial təminat sahəsində görülən işlərə aid müşavirə keçirilib

DSMF-də sosial təminat sahəsində görülən işlərə aid müşavirə keçirilib

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Palatanın biabırçı “Azərsığorta” qərarı:

Palatanın biabırçı “Azərsığorta” qərarı: "Ya MBNP-nin rəhbərliyi dəyişməlidir, ya da..."

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur