"Azərsu" "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” xidmətini istifadəyə verib

Xəbərin çap versiyası
Tarix: 22-04-2019, 15:03    |    Xəbər oxunub: 571 dəfə
"Azərsu" "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” xidmətini istifadəyə verib


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” adlı yeni elektron xidməti istifadəyə verib.

Qurumun mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, sayca 17-ci olan bu xidmət vasitəsilə abonentlər “Azərsu” ASC-nin informasiya sistemlərindəki ünvan məlumatlarını dürüstləşdirə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün www.azersu.az saytında “Elektron xidmətlər” bölməsindəki elektron xidmətlərin siyahısından "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi" xidməti seçilməlidir. İstifadəçi şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etdikdən sonra xidmətdən istifadə edə bilər.

Müraciət edən abonent tərəfindən aşağıda qeyd edilən məlumatlar sistemə daxil edilməlidir.

- Əhali və ya qeyri-əhali seçimi

Əhali qrupu seçimi edildikdə aşağıdakı məlumatlar sistemə daxil edilir:

- Abonent kodu

- Şəxsiyyət vəsiqəsinin FİN kodu

- Evin faktiki yerləşdiyi ünvanının xəritədə seçimi

- Evin faktiki yerləşdiyi ünvan

- Müraciət edilən abonentə aid mülkiyyəti təsdiq edən sənədin surəti

- Abonentin telefon nömrəsi və elektron poçt ünvanı

Qeyri-əhali qrupu seçilərkən aşağıdakı məlumatlar sistemə daxil edilir:

- Obyektin abonent kodu

- Obyektin VÖEN-i

- Obyektin faktiki yerləşdiyi ünvanının xəritədə seçimi

- Obyektin faktiki yerləşdiyi ünvan

- Müraciət edilən abonentə aid mülkiyyəti təsdiq edən sənədin surəti

- Müraciət edilən obyektin və ya müraciət edənin elektron poçt ünvanı və telefon nömrələri.

Məlumatlar daxil edildikdən sonra müraciət qeydiyyata alınaraq icra olunması üçün “Azərsu” ASC-nin müvafiq sukanal idarəsinə yönləndirilir. Daxil olan müraciətə baxılır və məlumatlar düzgün olduqda müraciət icra

üçün qəbul olunur. Müraciət icra olunduqda abonentin məlumatları dürüstləşdirilir. Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir.

Müraciət icra olunduqdan sonra abonentin qeyd etdiyi telefon nömrəsi məlumatlandırma xidmətinə qoşulur. Gələcəkdə ərazi üzrə şəbəkə infrastrukturunda baş verən qəzalar və profilaktik işlər, həmçinin Cəmiyyət tərəfindən təqdim edilən xidmətlərdəki yeniliklər barədə abonent SMS vasitəsilə məlumatlandırılacaq.

Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən 17 adda elektron xidmət göstərilir. 2018-ci ildə bu xidmətlərdən istifadə ilə bağlı 345 min, 2019-cu ilin birinci rübündə isə 33 min müraciət qeydə alınıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb -

Qənirə Paşayeva Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb - FOTOLAR

İqbal Məmmədovun Türkiyədə də şirkəti var-

İqbal Məmmədovun Türkiyədə də şirkəti var- həbs olunan qardaşı oğlunun adınadır

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Prezident 1 fərman, 2 sərəncam imzaladı

Prezident 1 fərman, 2 sərəncam imzaladı

ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi:

ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi: “SƏDƏRƏK YUSİF”in “DEKA” şirkəti məhkəməyə verildi

Vilayət Eyvazov əsgərlərlə nahar etdi -

Vilayət Eyvazov əsgərlərlə nahar etdi - FOTOLAR

Dava salan deputatın oğluna cinayət işi açıldı-

Dava salan deputatın oğluna cinayət işi açıldı- 3 AYLIQ HƏBS VERİLDİ

Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? -

Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? - AÇIQLAMA

Ədliyyə Nazirliyi Rüstəm İbrahimbəyovun səlahiyyətlərini tanıdı

Ədliyyə Nazirliyi Rüstəm İbrahimbəyovun səlahiyyətlərini tanıdı

Deputat İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb

Deputat İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Cəmi 972 manat vergi ödənilmişdi-

Cəmi 972 manat vergi ödənilmişdi- "Relaks" qalmaqalı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur