Türk şirkətlərindən 56 min dollarlıq təqaüd qazanan azərbaycanlı tələbəyə iş təklifi

Xəbərin çap versiyası
Tarix: 24-04-2019, 11:08    |    Xəbər oxunub: 518 dəfə
Türk şirkətlərindən 56 min dollarlıq təqaüd qazanan azərbaycanlı tələbəyə iş təklifi


Azərbaycanlı şagird Yasin Quliyev təhsilini Türkiyədə, öz zəhməti hesabına qazandığı Sabancı Universitetində davam etdirməyə qərar verib.

Bunu "Report”a açıqlamasında Türkiyədə ali təhsil üzrə 56 min dollarlıq təqaüd qazanan 17 yaşlı Yasin Quliyevin atası Yalçın Quliyev deyib.

Qeyd edək ki, Yasin Quliyev dünyanın bir çox nüfuzlu universitetlərinə - University of Massachusetts Boston, University of South Florida, Illinois State University-yə qəbul təklifi, Türkiyə Bahçeşehir və Sabancı univeristetlərində isə pulsuz təhsil almaq hüququ qazanıb.

Yalçın Quliyev son günlər oğlu ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdən ehtiyatlandığını da dilə gətirib: "İstəməzdim ki, Yasinin bu uğuru və bundan irəli gələrək ictimaiyyətin müzakirəsi ona təhsil aldığı müddətdə mənfi təsir etsin. Onun həyatı qabaqdadı, öz uğurlarını davam etdirməlidir. Yasinin ən böyük arzusu oxumaq və araşdırmaqdır".

Atası qeyd edib ki, artıq Yasinə Türkiyədə fəaliyyət göstərən bəzi şirkətlərdən iş təklifi gəlib və tələbə olduğu müddətdə həmin şirkətlərin birində təcrübə keçmək üçün çalışacaq. "Bir valideyin olaraq biz də istəyirik ki, Yasin məsuliyyətli gənc kimi çalışsın və zəhməti ilə özünün digər xərclərini ödəsin. Çox sağolsunlar, xeyli insanlar əlaqə saxlayır və dəstək təklif edirlər. Lakin bu məsələ ilə bağlı kiminsə spekulyasiya etməsini qətiyyən istəmirik”.

Xatırladaq ki, 17 yaşlı azərbaycanalı "Ankara məktəbi" məktəb-liseyi, "İstək” liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

AzTV-də yeni təyinatlar:

AzTV-də yeni təyinatlar: tanınmışlar iş başında

“Google”-dan “Huawei”-yə zərbə -

“Google”-dan “Huawei”-yə zərbə - Əməkdaşlığı dayandırıb

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü –

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü – Video+Təfərrüat

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi - FOTOLAR

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” -

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” - Biabırçılıq

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?-

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?- ŞƏRH

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib-

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib- FOTOLAR

İsgəndər Həmidovun vəziyyəti pisləşdi-

İsgəndər Həmidovun vəziyyəti pisləşdi- xaricə aparılır

Dərsliklərin çəkisi yüngülləşdirilir

Dərsliklərin çəkisi yüngülləşdirilir

Xətaiyə yeni icra başçısı gəlir?

Xətaiyə yeni icra başçısı gəlir?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur