Əmlakla bağlı 50 minə yaxın vətəndaş müraciəti, 62 mindən çox xidmət sayı qeydə alınıb

Xəbərin çap versiyası
Tarix: 25-04-2019, 12:18    |    Xəbər oxunub: 517 dəfə
Əmlakla bağlı 50 minə yaxın vətəndaş müraciəti, 62 mindən çox xidmət sayı qeydə alınıb


Əmlak Məsələləri Dövlət Komitəsi mütərəqqi idarəetmə metodlarının, informasiya texnologiyalarının tətbiqi ilə göstərilən xidmətlərə olan əlçatanlığı artırır. Komitənin bütün xidmətləri vahid məkanda icra olunur. Belə ki, ilin əvvəlində istifadəyə verilən Əmlak Xidmətləri Məkanı yeni idarəetmə üsulu ilə xidmətləri vətəndaşlara daha səmərəli, çevik və şəffaf formada çatdırır. Artıq Gəncə və Xaçmazda da Məkanın açılması nəzərdə tutulur.

Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq ümumilikdə 50 mindən çox vətəndaş müraciəti, 62 mindən çox xidmət sayı qeydə alınıb. Müraciətlər daşınmaz əmlakın qeydiyyatı, özəlləşmə, kadastr, torpaq istifadəçiliyi və digər sahələr ilə bağlı olub.

Dövlət əmlaklarının özəlləşməsi üzrə keçirilən hərraclar Məkanda təşkil olunur. Burada 100 nəfərin hərracı izləmək imkanı var. Həmçinin hərracı onlayn olaraq internet vasitəsilə canlı izləmək də mümkündür. Məkanda indiyədək 10-dan çox hərrac keçirilib.

ƏXM-da ümumilikdə Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim edilir. Bununla yanaşı, burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti də həyata keçirilir. Müraciətlərə həssaslıqla yanaşılır, 100-ə yaxın işçi tərəfindən xidmətlər təmkinlə vətəndaşlara göstərilir.

Ən çox müraciət daşınmaz əmlakın qeydiyyatı ilə bağlı olub. Əmlaklara dair çıxarış almaq istəyən vətəndaşlara mülkiyyət sənədi elektron şəkildə verilir. Belə ki, elektron çıxarışlar Elektron Hökumət portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır. Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdirilir. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq ora transfer olur.

Mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş komitənin “Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Bunun üçün isə istifadəçilərdən nə elektron imza, nə də ödəniş tələb olunur.

Komitə könüllük fəaliyyətinin genişlənməsinə də töhfə verir. Belə ki, binada könüllülər masası yaradılıb və onların xidmətlərindən də istifadə olunur. Vətəndaşlar Məkanda yerləşdirilən xüsusi terminallar vasitəsilə ödənişlərini həyata keçirə bilərlər.

Eksteritorial iş prinsipinə əsaslanan Məkanda elektron idarəetmə sistemi vasitəsilə xidmətlər dəqiq, prosedurlar daha sürətli həyata keçirilir. Bina İKT avadanlıqları ilə tam təchiz olunub.

Vətəndaşlar məlumat mərkəzinə yaxınlaşmaqla informasiya əldə edə bilirlər. Bununla yanaşı, onların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığının təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları, o cümlədən monitorlar quraşdırılıb. Bu da vətəndaşlara göstərilən xidmətlərin növləri, üstünlükləri, tələb olunan sənədlərin siyahısı barədə informasiyanı rahat əldə etməyə imkan yaradır. Vətəndaşlar elektron monitorlara daxil olmaqla xidmətləri internet üzərindən yerinə yetirə bilirlər.

İnzibati binanın birinci mərtəbəsində uşaq oyun sahəsi də mövcuddur. Burada həmçinin kafe və kitabxana da fəaliyyət göstərir. Növbə zamanı vaxtın səmərəli keçməsi üçün kitabaxanadan, kafedən istifadə etmək olar. Həmçinin vətəndaşların rahatlığı və xidmətlərin yüksək keyfiyyətinin təmin edilməsi üçün müasir mebel və avadanlıqlar quraşdırılıb.

Vətəndaşların internetə çıxış imkanlarının yaxşılaşdırılması ilə bağlı pulsuz wifi quraşdırılıb.

Binanın daxili ilə yanaşı xarici görünüşü də zövqlə inşa edilib. Müasir dizaynda qurulması Bakının memarlıq görünüşünə əlavə gözəllik qatır. Həmçinin məkanın ərazisi abadlaşdırılıb, asfalt və yaşıllıq salınıb və yeni işıq dirəkləri quraşdırılıb. Binanın gecə görüntüsü isə olduqca gözəldir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İmtahanların nəticələri elan edildi:

İmtahanların nəticələri elan edildi: Cəmi 1 nəfər maksimum balı yığıb

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi -

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi - 100 minlik tələb

“Azərsu” Şamaxı və Ağsunun kəndlərində içməli su layihəsinin icrasına başlayıb

“Azərsu” Şamaxı və Ağsunun kəndlərində içməli su layihəsinin icrasına başlayıb

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

Şirkət rəhbərlərinə hökm oxundu

Şirkət rəhbərlərinə hökm oxundu

Bu xalq bu zülmü çəkməyə layiq deyil-

Bu xalq bu zülmü çəkməyə layiq deyil- jurnalist Sahil Babayevə müraciət etdi

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlandı

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlandı

Azərbaycanın sabiq nazirləri bir arada-

Azərbaycanın sabiq nazirləri bir arada- “Range Rover”də 4 nəfər... (FOTO)

DSMF-də sosial təminat sahəsində görülən işlərə aid müşavirə keçirilib

DSMF-də sosial təminat sahəsində görülən işlərə aid müşavirə keçirilib

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Palatanın biabırçı “Azərsığorta” qərarı:

Palatanın biabırçı “Azərsığorta” qərarı: "Ya MBNP-nin rəhbərliyi dəyişməlidir, ya da..."

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur