Tərtərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü münasibəti ilə silsilə tədbirlər davam edir


Tərtərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü münasibəti ilə silsilə tədbirlər davam edir


Aprelin 30-da Gənclər Mərkəzinin mini futbol meydançasında Tərtər Rayon İcra Hakimiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq YAP Tərtər rayon Təşkilatının, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında mini futbol idman növü üzrə 16 komandanın iştirakı ilə keçirilən rayon birinciliyinə start verilib.



Yarışın açılışında çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov Ümummili Liderin anadan olmasının 96-cı ildönümü münasibətilə rayonda silsilə tədbirlərin keçirildiyini vurğuladı. Sonra Ulu Öndərin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan danışaraq iştirakçılara məlumat verdi və daha sonra yarışı açıq elan edərək 3 gün davam edəcək yarışlarda hamıya qələbə arzuladı. Bildirdi ki, qalib komandalar YAP rayon təşkilatı və Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Tərtərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü münasibəti ilə silsilə tədbirlər davam edir
Tərtərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü münasibəti ilə silsilə tədbirlər davam edir
Tərtərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü münasibəti ilə silsilə tədbirlər davam edir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu