Dövlət Komitəsində “Fuji” humanitar missiyası ilə görüş olub

Xəbərin çap versiyası
Tarix: 14-05-2019, 18:15    |    Xəbər oxunub: 510 dəfə
Dövlət Komitəsində “Fuji” humanitar missiyası ilə görüş olub


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq və xeyriyyəçi Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsinin sədri Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdundan didərgin düşən həmvətənlərimizin ciddi mənəvi-fiziki zərbəyə, psixoloji sarsıntıya məruz qaldığını, əksəriyyətinin səhhətində problemlər yarandığını qeyd edərək, onlara davamlı və keyfiyyətli tibbi yardım göstərilməsinin vacib olduğunu bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin hər il pulsuz tibbi müayinədən keçirilməsi ənənə halını alıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupu kimi məcburi köçkünlərin sağlamlığının qorunması və bərpası üçün məqsədyönlü iş aparır.

Həmçinin qeyd edilib ki, Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə məcburi köçkünlərə birbaşa müvəqqəti məskunlaşma yerlərində keyfiyyətli tibbi yardım göstərilməsi üçün aksiyalar təşkil edir.

Dövlət Komitəsinin sədri beynəlxalq qurumların ölkəmizdəki humanitar fəaliyyətini yüksək qiymətləndirib. “Fuji Optical”ın 15 ildir həyata keçirdiyi missiyanın mühüm əhəmiyyət kəsb etdiyi, məcburi köçkün və aztəminatlı ailələrə göstərilən optometrik xidmətlərin hər il minlərlə insanın görmə imkanlarını yaxşılaşdırdığı minnətdarlıqla qeyd olunub.

Akio Kanai isə öz növbəsində, Azərbaycana səfərlərindən söz açıb, missiyanın uğurla həyata keçirilməsinə lazımi hökumət səviyyəsində göstərilən köməyə görə təşəkkürünü bildirib, bu humanitar missiyanın gələcəkdə də davam etdiriləcəyini söyləyib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Xatırladaq ki, missiyanın ölkəmizdə həyata keçirilməyə başlandığı 2005-ci ildən bu günə kimi 59 min yüksək keyfiyyətli optik eynək və digər əşyalar soydaşlarımıza ianə edilib. 31 mindən artıq qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji” humanitar missiyasının xidmətlərindən faydalanıb. Bu il isə humanitar missiya bu təbəqədən olan 2400-dək insanı müayinə ediblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Qalatasaray"dan 22-ci çempionluq!

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Eurovision 2019:

Eurovision 2019: Final qabağı həyəcan və son hazırlıqlar

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir-

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir- FOTO

Bakıda ticarət mərkəzində yanğın:

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub-

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub- FOTOLAR

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Boşananların sayı 4 minə çatır

Boşananların sayı 4 minə çatır

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur