Daşınmaz əmlak üzərində icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması və ləğvi

Xəbərin çap versiyası
Tarix: 15-05-2019, 11:26    |    Xəbər oxunub: 522 dəfə
Daşınmaz əmlak üzərində icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması və ləğvi


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əmlak idarəçiliyi sahəsində göstərilən xidmətlərdən biri də daşınmaz əmlak üzərində icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması və ləğvidir. Hüquqi və fiziki şəxslərin daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ varsa, həmin hüquq dövlət qeydiyyatına alınmalıdır.

Komitədən AFN-ə verilən məlumata görə, icarə və ya istifadə müqaviləsi üzrə tərəflərdən biri bu hüquqların dövlət qeydiyyatına alınması barədə ərizə verə bilər. Dövlət orqanları, yerli özünüidarəetmə orqanları, o cümlədən hüquqi və fiziki şəxslər xidmətlərdən istifadə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə və Əmlak Xidmətləri Məkanına yaxınlaşa bilər.

Müraciət zamanı bina, qurğu, ev, binada və ya evdə yerləşən mənzillər, otaqlar icarəyə verildikdə yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı, şəxsiyyəti təsdiq edən sənəd, ərizə, icarə müqaviləsi və digər zəruri sənədlər tələb olunur. Xidmətlərin göstərilməsi barədə qərar qəbul edildikdən sonra icarə və ya istifadə hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış hazırlanır. Notarial qaydada təsdiqlənməsi və ya əslinin təqdim edilməsi tələb edilən sənədlər olduqda həmin sənədlər bilavasitə təqdim edilməlidir. İcarə və istifadə hüquqlarının dövlət qeydiyyatına alınması xidməti 10 iş günü müddətində göstərilir, 20 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tələb olunur. Xidmətin nəticəsi olaraq icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış hüquq sahibinə təqdim edilir.

Daşınmaz əmlakın icarə və ya istifadə hüquqlarının dövlət qeydiyyatının ləğvi xidməti isə 5 iş günü ərzində göstərilir, 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Xidmət nəticəsində daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatının ləğvi barədə arayışın skan edilmiş surəti dərhal istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt vasitəsilə göndərilir və ya birbaşa təqdim edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Qalatasaray"dan 22-ci çempionluq!

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Eurovision 2019:

Eurovision 2019: Final qabağı həyəcan və son hazırlıqlar

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir-

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir- FOTO

Bakıda ticarət mərkəzində yanğın:

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub-

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub- FOTOLAR

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Boşananların sayı 4 minə çatır

Boşananların sayı 4 minə çatır

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur