Dağlıq Qarabağla bağlı tədbirlər çərçivəsində ADTGT Avropa ölkələrinin dövlət rəhbərliyi ilə görüşəcək

Xəbərin çap versiyası
Tarix: 15-05-2019, 11:35    |    Xəbər oxunub: 567 dəfə
Dağlıq Qarabağla bağlı tədbirlər çərçivəsində ADTGT Avropa ölkələrinin dövlət rəhbərliyi ilə görüşəcək


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) növbəti beynəlxalq layihəsinin icrasına başlayıb.

AFN xəbər verir ki, “Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı təbliğati, beynəlxalq informasiya və ictimai dəstək xarakterli layihə 3 ay may – avqust 2019-cu il müddətində əsasən, Bosniya və Hersoqovinada icra olunacaq.

Layihə çərçivəsində Balkan ölkələrinin siyasi dairələri, millət vəkilləri, hökumət strukturu təmsilçiləri, nüfuzlu QHT, KİV, sosial, internet media qurumları, akademik çevrələri, ekspert və araşdırmaçı mütəxəssisləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin real vəziyyəti, həqiqətləri, işğal və həll yolları haqda məlumatlandırılacaq, ölkəmizin ədaləti mövqeyinin, dünya ictimaiyyətinə yönələn sülh çağırış və təşəbbüslərinin dəstəklənməsi üçün Bosniya və Hersoqovinanın vətəndaş cəmiyyəti institutları, siyasət adamları, tanınmış şəxsləri və əcnəbi tərəfdaşları silsilə PR fəaliyyətlərinə cəlb olunacaqlar. Layihə eyni zamanda hər iki ölkənin QHT sektorunun ikitərəfli və çoxtərəfli ictimai və mədəni-humanitar əməkdaşlığını özündə əks etdirəcək.

Layihə fəaliyyətinin ən uğurlu addımı olaraq iyunun 16 – 20 tarixlərində Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda bu ölkənin millət vəkillərinin, siyasi dairələrinin, hökumət qurumu təmsilçilərinin, ekspert, QHT və KİV təmsilçilərinin iştirakı ilə “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri Balkan ictimaiyyətinin baxışında” mövzusunda konfransın keçirilməsi və Avropada son soyqırım yeri kimi tanınan Srebrenitsada Dağlıq Qarabağla bağlı sərginin təşkili nəzərdə tutulur.

ADTGT tərəfindən konfrans iştirakçıları Dağlıq Qarabağ münaqişəsi və həqiqətlərinə dair ingilis dilində hazırlanmış audio-vizual materiallar, kitabça və digər çap məhsulları ilə təmin olunacaqlar.

Səfər çərçivəsində ADTGT rəhbərliyinin Bosniya və Hersoqovina Rəyasət Heyətinin üzvü (dövlət başçısı funksiyasını yerinə yetirən üçlük) Şefik Caferoviçlə, bu ölkənin parlament spikeri, keçmiş dövlət başçısı və hakim partiyanın sədri olan Bakir İzetbeqoviçlə, millət vəkilləri və hökumət üzvləri ilə də Dağlıq Qarabağ münaqişəsi, həqiqətlər, beynəlxalq səviyyədə aparılan danışıqlar, Azərbaycanın ərazi bütövlüyü, ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsi və ikitərəfli münasibətlər mövzusunda görüşləri və müzakirələri də nəzərdə tutulur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur