Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının BELARUS NÜMAYƏNDƏLİYİ təsis edilib- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 15-05-2019, 12:01    |    Xəbər oxunub: 507 dəfə
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının BELARUS NÜMAYƏNDƏLİYİ təsis edilib-


Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin Belarus Nümayəndəliyi təsis edilib. Bu barədə saytımıza təşkilatın sədri Səbuhi Abbasov məlumat verib.



Səbuhi Abbasov qeyd edib ki, 30 iyun 2006-cı ildə təsis edilən təşkilat bir çox layihələrə imza atıb: "ASGA 2006-cı ildə təsis edilib, elə həmin ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Təşkilatın məqsədi Azərbaycan və slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək, Azərbaycan və slavyan ölkələri gənclərinin problemlərinin ümumi cəhətlərini araşdırmaq, bəşəri dəyərləri öyrənmək, gənclər üçün innovativ layihələr həyata keçirməkdən ibarətdir. Bu illər ərzində bir çox yerli bə beynəlxalq layihələr reallaşdırmışıq. Bu layihələr olduqca müxtəlif sahələri əhatə edir. ASGA olaraq ölkə daxilində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası, Mədəniyyət Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Milli QHT-lər Forumu və bir çox qurumlarla, ölkə xaricində isə səfirliklərlə, Avropa Şurası Gənclər Departamenti, Rusiya Duması Gənclər Parlamenti, Moskva Azərbaycanlıları İcması, Birləşmiş Ukrayna Diasporası, Polşa Azərbaycanlıları Birliyi, Kipr Azərbaycan Diaspora Mərkəzi və bir çox təşkilatlarla sıx əməkdaşlıq edirik. Ümid edirəm Belarus Nümayəndəliyi də beynəlxalq əlaqələrimizin inkişafı baxımından mühüm mərhələ olacaqdır. Bu bizim sayca 4-cü nümayəndəliyimizdir. Bizim Rusiyada, Ukraynada, Polşada artıq nümayəndəliklərimiz var. Yaxın gələcəkdə bu nümayəndəliklərin rəhbər vəzifələrinə yenidən seçkilər keçiriləcəkdir. Növbəti hədəfimiz isə Çexiyadır”.

ASGA Belorus Nümayəndəliyinin rəhbəri Fərman Yusubov 1977-ci il Azərbaycan Respublikası Goranboy rayonunda anadan olub. Orta məktəbi qızıl medal ilə bitirib. 1995-ci ildə Belarusiyaya gələrək Belarus Respublika Dövlət Politexnik Akademiyasının Respublika Təhsil Mərkəzinə daxil olub. 2010-cu ildə "Saltubum" MMC ticarət və istehsal müəssisəsi yaradır və xeyriyyə işlərinə kömək edir. O, peşəkar elmi fəaliyyətlə yanaşı 2015-ci ildən "Böyük Vətən müharibəsi döyüş sahələrində hərbi qəbrlərin yaxşılaşdırılması" layihəsinə rəhbərlik edir. Doktorluq dissertasiyasının mövzusu isə Azərbaycan-Belorus iqtisadi əlaqələri ilə bağlıdır.

Məlumat üçün qeyd edək ki, Belarus Respublikası(belar.Рэспубліка Беларусь) —Avropanın şərqində dövlət. Ölkə şimal-şərqdənRusiya Federasiyası, cənubdanUkrayna, qərbdənPolşa, şimal-qərbdən isəLitvavəLatviyailə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəriMinskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının BELARUS NÜMAYƏNDƏLİYİ təsis edilib-
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının BELARUS NÜMAYƏNDƏLİYİ təsis edilib-
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının BELARUS NÜMAYƏNDƏLİYİ təsis edilib-
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının BELARUS NÜMAYƏNDƏLİYİ təsis edilib-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Qalatasaray"dan 22-ci çempionluq!

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Eurovision 2019:

Eurovision 2019: Final qabağı həyəcan və son hazırlıqlar

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir-

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir- FOTO

Bakıda ticarət mərkəzində yanğın:

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub-

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub- FOTOLAR

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Boşananların sayı 4 minə çatır

Boşananların sayı 4 minə çatır

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur