ABŞ-da yaşayan azərbaycanlı alim

Xəbərin çap versiyası
Tarix: 15-05-2019, 12:49    |    Xəbər oxunub: 543 dəfə
ABŞ-da yaşayan azərbaycanlı alim


Deyir ki,- "Azərbaycan unikal ölkədir. İnsanları sadə, qohumcanlı, ünsiyyətcil, eyni zamanda çox mehribandırlar. Əgər təhsilini artırmaq, bilik və bacarıqlarını təkmilləşdirmək məqsədin yoxdursa xaricdə yaşamağa can atmağın mənasızdır. Çünki yaşlandıqca vətəni niyə tərk etdiyin üçün özünə hesabat verməli olursan. Buna görə dolanışıq, güzəran bəhanə ola bilməz. Axı ruzini verən Allahdır. Necə deyərlər, harada olsan da qismətində olan ruzi səni gəlib tapacaq"…



Haqqında söhbət açdığım Nərmin Ağalarova Bakıda dünyaya gəlib. 1992-ci ildə orta təhsilini 160 nömrəli məktəbdə başa vurub. 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. Sonra bir il xəstəxanalardan birində internatura keçərək həkim terapevt ixtisasına yiyələnib. Daha sonra iki il də orta məktəbdə kimya, biologiya fənnlərini tədris edib. 2001-ci ildə əcnəbi vətəndaşla ailə qurduqdan sonra ABŞ-ın Minnesota ştatına gəlib…

…Atası Şahin Ağalarov korlar cəmiyyətinin sədr müavini işləyib. Ömrünün son illərində isə həmin təşkilatın qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Anası Gövhər xanım evdar qadın olub…

Nərmin xanım Minnesotada əvvəlcə üç il mağazada, sonradan beş il bankda və həm də aptekdə çalışıb. 2012-ci ildə Minnesota Universitetinin doktoranturasına qəbul olunub. 2017-2018-ci illərdə həmin universitetdə ekoloq ixtisası üzrə magistr pilləsinə yüksəlib. 2019-cu ildə isə elmi araşdırmalarını uğurla başa vuraraq təhsil üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib(PhD). 2018-ci ildən məzunu olduğu universitetin professorudur. Elmi araşdırmalarını davam etdirməkdən ötrü Ohayo Universitetinə dəvət alıb. Bu ilin avqust ayından Ohayo ştatına köçməyi planlaşdırır…

ABŞ-da yaşayan azərbaycanlı alim


…Ömür-gün yoldaşı Erik kompyuter mühəndisidir. Oğlu Kamranın 16 yaşı vardır. Orta məktəbdə oxuyur...

Bu səmimi, mehriban, gülərüz, yüksək mədəniyyətli xanımın vətənlə bağlı arzuları çoxdur. İstəyir ki, Azərbaycanda da təhsilin səviyyəsi yüksək olsun. İmkanından asılı olmayaraq hər kəs bundan bəhrələnə bilsin. Ali təhsil ocaqlarında verilən diplomlar bütün dünyada tanınsın. Azərbaycanda həmişə əmin-amanlıq olsun…

Gözəl musiqidən zövq alır. Özü də pianoda ifa etməyi bacarır. İdmanla mütamadi məşğul olur. Asudə vaxtlarını təbiət qoynunda keçirməyi xoşlayır. Deyir ki,- "Öz üzərində çalışıb bilik və bacarıqlarını təkmilləşdirmək çox vacib şərtdir. Çünki Amerikada Azərbaycanı tanıtdırmağın bir yolu da məhz elmi uğurlardan keçir"…

ABŞ-da yaşayan azərbaycanlı alim


Elman Eldaroğlu,
ABŞ, Miçiqan





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur