“Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq” devizi altında forum keçiriləcək


“Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq” devizi altında forum keçiriləcək


Bakıda “Boulevard” oteldə “Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq” devizi altında Menecment və İnnovasiya Forumu keçiriləcək.

AFN xəbər verir ki, tədbir Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının və ölkəmizin aparıcı şirkətlərinin dəstəyi ilə baş tutacaq.
Forumun məqsədi ölkədə idarəetmənin və menecmentin inkişafına dəstək olmaq, idarəetməyə dair yenilikləri paylaşmaq, şəbəkələşməni inkişaf etdirmək və idarəetmə mövzusuna aid məsələləri müzakirə etməkdir. Forumda idarəetmə və innovasiya mövzularına aid 2 panel nəzərdə tutulub və bu panellərdə yerli və xarici ekspertlərin çıxışı planlaşdırılıb.
Tədbirdə müəssisə və təşkilat rəhbərləri, sahibkarlar, idarəetmə məsləhətçiləri, gələcək liderlik vəzifəsinə hazırlanan şəxslər iştirak edə bilərlər. Forumda özəl şirkətlərlə yanaşı, müvafiq dövlət qurumlarından rəsmilər, ümumilikdə 200-dək şəxs iştirak edəcək. Bütün iştirakçılar Forumun təşkilati komandası tərəfindən tədbirə dəvət olunacaqlar.
Tədbir 21 may 2019-cu il tarixində saat 14:də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu