Şəkidə işəgötürənlər üçün əmək qanunvericiliyi barədə maarifləndirmə tədbiri keçirilib

Xəbərin çap versiyası
Tarix: 23-05-2019, 14:36    |    Xəbər oxunub: 527 dəfə
Şəkidə işəgötürənlər üçün əmək qanunvericiliyi barədə maarifləndirmə tədbiri keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Şəki şəhərində “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Nazirlikdən AFN-ə verilən məlumata görə, tədbirdə işçilərin əmək funksiyalarını yerinə yetirmələri üçün əmək şəraitinin təmin edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblər diqqətə çatdırılıb. Qeyd olunub ki, əmək qanunvericiliyinə əsasən, işəgötürənlər əməyə görə haqqın miqdarının, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən olunmasını təmin etməlidirlər. Sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin formalaşdırılması da işəgötürənlərin vəzifələrinə daxildir.

Əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin hüquqi əsaslarından da bəhs olunub. Vurğulanıb ki, Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə, əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Eyni zamanda, işəgötürən tərəfindən əmək şəraitinin şərtləri dəyişdirilərsə, bundan azı bir ay əvvəl işçi yazılı məlumat və ya əmrlə xəbərdar edilməlidir. İşçinin əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir.

Tədbirdə həmçinin qeyri-rəsmi məşğulluğun işçilərin sosial hüquqlarının ciddi şəkildə pozulmasına, həmçinin onların sosial təminat hüquqlarından kənarda qalmalarına səbəb olduğu diqqətə çatdırılıb. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində işəgötürənlərin üzərinə düşən vəzifələr qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır -

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır - gürcü şərabı qadağan edilə bilər

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib -

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib - FOTOLAR

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi -

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi - FOTOLAR

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur