Almaniya Bundestaqının işçi qrupu Qəbələdə məcburi köçkünlərlə görüşüb

Xəbərin çap versiyası
Tarix: 23-05-2019, 14:58    |    Xəbər oxunub: 530 dəfə
Almaniya Bundestaqının işçi qrupu Qəbələdə məcburi köçkünlərlə görüşüb


Almaniya Bundestaqının ölkəmizdə səfərdə olan Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupu Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində 195 məcburi köçkün ailəsi üçün salınmış yaşayış məhəlləsində olub.

AFN xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev qonaqlara zəruri texniki infrastrukturla təchiz olunmuş yaşayış məhəlləsi haqqında məlumat verib. Ölkəmizdə aparılan hərtərəfli islahatlardan və əldə edilən sosial-iqtisadi uğurlardan söz açan komitə sədri Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirdiyini, bununla bağlı konkret fəaliyyət proqramının həyata keçirildiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həmin kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasına, onlar üçün yeni yaşayış sahələrinin inşa edilməsinə, məşğulluq və sağlamlıq məsələlərinə böyük qayğı göstərdiyini bildirib.

Qonaqlar qəsəbədə yaşayan məcburi köçkünlərlə görüşüb, burada fəaliyyət göstərən 188 yerlik məktəblə tanış olub, siniflərin birində “İngilis dili” dərsinin gedişini izləyiblər. Məcburi köçkün ailələrdən birinin mənzilinə baş çəkən almaniyalı deputatlar ailə üzvləri ilə söhbətləşiblər.

Nümayəndə heyətinin rəhbəri Yohannes Kahrs bildirib ki, bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinin əhəmiyyətindən danışarkən, Azərbaycandakı alman irsinə xüsusi diqqət göstərilməsini yüksək qiymətləndiriblər. Bundan başqa, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin təqdirəlayiq olduğu bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır -

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır - gürcü şərabı qadağan edilə bilər

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib -

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib - FOTOLAR

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi -

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi - FOTOLAR

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur