Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

Xəbərin çap versiyası
Tarix: 24-05-2019, 12:45    |    Xəbər oxunub: 524 dəfə
Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib


Energetika Nazirliyində “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”ndə Energetika Nazirliyinin əsas icraçısı olduğu tədbirlərin icrasının təmin edilməsi məqsədilə yaradılmış İşçi qrupunun iclası keçirilib.

İşçi qrupunun sədri, nazir müavini Elnur Soltanov Strateji Yol Xəritəsində Energetika Nazirliyinin 8 tədbir üzrə əsas icraçı qismində iştirak etdiyini, 2 tədbirin icrasının başa çatdığı və 6 tədbir üzrə isə müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, İşçi qrupunun yaradılmasında məqsəd strateji yol xəritəsində nazirlik üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrasını təmin etmək, problemləri müzakirə etmək və onları aradan qaldırmaq, eləcə də növbəti dövr üçün addımları müəyyən etməkdir.

İclasda neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair strateji yol xəritəsinin Tədbirlər Planının müvafiq bəndləri üzrə görülmüş işlərin nəticələri nəzərdən keçirilib. Kəşfiyyat işlərinə lisenziya verilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə mövcud normativ sənədlərin və qanunvericilik aktlarına dair təkliflərlə bağlı fikir mübadiləsi aparılıb. 2019-cu ildə icrası nəzərdə tutulmuş bəzi tədbirlərlə bağlı ətraflı qiymətləndirmə və təhlillərin aparılması üçün icra müddətinin uzadılması, milli iqtisadiyyatın hədəflərinə uyğun hasilat hədəflərinin müəyyən edilməsi, yanacaq bazarının tənzimlənməsinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, bu sahədə dünya təcrübəsinin öyrənilməsi və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, İşçi qrupuna İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Vergilər, Maliyyə nazirliklərinin, SOCAR, “SOCAR PETROLEUM” QSC, “SOCAR Polymer” MMC, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri daxildir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zakir Həsənov:

Zakir Həsənov: "Düşmən təxribatlarının qarşısı adekvat tədbirlərlə alınmalıdır"

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı-

Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı- Azərbaycanda dəhşətli hadisə

Kümçülər 499,28 ton yaş barama təhvil veriblər

Kümçülər 499,28 ton yaş barama təhvil veriblər

Sabiq nazir mülk davasına başladı -

Sabiq nazir mülk davasına başladı - Şirkəti və dövlət qurumunu məhkəməyə verdi

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib

Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır-

Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır- Niftalı Qasımovu yalan danışmağa kim və nə vadar edir?

Qüdrət Qurbanov Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Qüdrət Qurbanov Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Mehriban Əliyeva Həlimə Əliyevanın ailəsinə başsağlığı verdi

Mehriban Əliyeva Həlimə Əliyevanın ailəsinə başsağlığı verdi

Bakıda peyda olan bu şəxslər kimlərdir?

Bakıda peyda olan bu şəxslər kimlərdir?

Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Elçibəyin xanımının cənazəsi Kələkidədir

Elçibəyin xanımının cənazəsi Kələkidədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur