Almaniyada yaşayan azərbaycanlıların toplantısı keçirilib

Xəbərin çap versiyası
Tarix: 10-06-2019, 15:26    |    Xəbər oxunub: 518 dəfə
Almaniyada yaşayan azərbaycanlıların toplantısı keçirilib


Almaniyanın Braunlage şəhərində Almaniya Federativ Respublikasında fəaliyyət göstətən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin 12 illik hesabat toplantısı keçirilib. Tədbiri giriş sözü ilə təşkilatın sədri Seymur İbrahimov açıb və AATEİB-in (alman dilində VASW) hesabatını təqdim edib.

AFN xəbər verir ki, toplantıya Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndı heyəti, Komitə sədri Fuad Muradov və Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri də qatılıb. Bu ölkədə yaşayan azərbaycanlıların və onları birləşdirən diaspor təşkilatlarının fəaliyyətindən danışan Komitə sədri eyni zamanda Azərbaycanın dövlətçilik tarixinə nəzər salıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasətinin uğurlu nəticələrindən danışıb.

Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin son bir ildəki fəaliyyətini əks etdirən videohesabat təqdim olunub və irihəcmli layihələr barədə məlumat verilib.

Almaniya Azərbaycanlıları Koordinasiya Şurası İdarə Heyətinin sədri Yaşar Musayev Almaniyada yaşayan azərbaycanlıların təşkilatlanması, yaşadıqları cəmiyyətə inteqrasiya olunması və digər mühüm məsələlərlə bağlı çıxış edib.

Qeyd olunub ki, AATEİB təkcə Almaniyada yaşayan azərbaycanlılar arasında körpü rolunu oynamır, eyni zamanda yerli tələbə və alimlərlə də sıx əlaqələr yaradır, elmi müzakirə platformaları təşkil edir. Bundan başqa alman dilinə tərcümə olunan Azərbaycan filmlərinin nümayişi keçirilir. Həmçinin təşkilat Almaniya və Azərbaycan ali məktəbləri arasında yeni əlaqələrin qurulmasında da fəallıq göstərir.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri bu ölkədə yaşayan azərbaycanlıların problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb. Bununla yanaşı toplantı iştirakçıları müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.

Hesabat yığıncağı Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə keçirilib.

Braunlage şəhərində keçirilən toplantının davamında Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə görüş keçirilib və Şuranın gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələr də aparılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Gənclər üçün növbəti festival keçirilib -

Gənclər üçün növbəti festival keçirilib - FOTOLAR

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Prezident 6 hərbçiyə general rütbəsi verdi -

Prezident 6 hərbçiyə general rütbəsi verdi - SƏRƏNCAM

Lənkəran universitetində hava çatışmazlığı:

Lənkəran universitetində hava çatışmazlığı: 7 tələbə qız xəstəxanalıq oldu

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu -

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - FOTOLAR

Şirməmməd Hüseynov vəfat etdi

Şirməmməd Hüseynov vəfat etdi

Gəncədə

Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə başlayıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

Azercell-dən #Hədiyyə

Azercell-dən #Hədiyyə

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur