“Gilan”ın nizamnamə kapitallarının artırılması gözlənilir


“Gilan”ın nizamnamə kapitallarının artırılması gözlənilir


[/b]İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən “Gilan”ın və holdinqə daxil olan bir sıra digər şirkətlərin nizamnamə kapitallarının artırılması planlaşdırılır.[/b]

AFN xəbər verir ki, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcəkdir ki, bu da Holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.

Xatırladaq ki, 1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu