Strateji yol xəritələrinin monitorinqi mövzusunda seminar keçirilib


Strateji yol xəritələrinin monitorinqi mövzusunda seminar keçirilib


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Avropa Təlim Fondu (ETF) ilə birgə təşkil etdiyi “Azərbaycanda İqtisadi Şaxələnməyə Hədəflənən Strateji Yol Xəritələrinin Monitorinqi: Mövcud Praktikalar və Təcrübə Mübadiləsi” mövzusunda təlim keçirilib.

Seminarda açılış nitqi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru Vüsal Qasımlı və Avropa Təlim Fondunun Azərbaycan üzrə Ölkə Koordinatoru Marqareta Nikolovska çıxışlar ediblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Təhlil və Planlaşdırma Meneceri Vüsalə Cəfərova bildirib ki, Avropa Təlim Fondu və İİTKM arasında davam etdirilən əməkdaşlıq tədbirlərinin bir hissəsi kimi keçirilən təlimin məqsədi iqtisadi siyasətin və strateji çərçivələrin monitorinqində tətbiq olunan qlobal tendensiyaların təhlili, Azərbaycanda qazanılan təcrübəyə əsaslanaraq əsas maraqlı tərəflərin effektiv monitorinq prosesinə cəlb olunma yollarını müzakirə etməkdən ibarətdir. Bundan başqa seminar zamanı özünü qiymətləndirmə praktikalarının əsas tendensiyaları və onların KOS-lar və iqtisadi siyasətdə faydaları əsas müzakirə mövzusu olub.

Təlim “Əsas tərəfdaşlar aparılan sektor və iqtisadi siyasətlərə nəzarət”, “Sektor üzrə strategiya və iqtisadi siyasətin monitorinqi məqsədilə əsas tərəfdaşlarla əməkdaşlıq” mövzularında sessiyalardan ibarət olub. Hər iki sessiyada mövzulara uyğun təqdimatlar nümayiş olunub.

Təlimdə strateji yol xəritələrinin icrasını həyata keçirən 20-dən artıq aidiyyəti dövlət qurumunun nümayəndələri iştirak ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu