Dövlət Komitəsində BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüş keçirilib

Xəbərin çap versiyası
Tarix: 14-06-2019, 19:27    |    Xəbər oxunub: 523 dəfə
Dövlət Komitəsində BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüş keçirilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT İnkişaf Proqramının (BMTİP) Azərbaycanda yeni təyin olunmuş rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

AFN xəbər verir ki, Dövlət Komitəsinin sədri əvvəlcə Alessandro Frakasettini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Qonağa ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə bağlı aparılan dövlət siyasətinin məqsəd və nəticələri, son vaxtlar həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edib. Onlar üçün salınan qəsəbələrin sayı ilbəil artır, hər il minlərlə məcburi köçkün ailəsi yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayır.

Alessandro Frakasetti səmimi qəbula və təbrikə görə təşəkkürünü bildirib. BMTİP-in Azərbaycandakı fəaliyyətində qaçqınlar və məcburi köçkünlərlə bağlı layihələrə böyük əhəmiyyət verildiyini vurğulayan qonaq bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün səyini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
DİN sürücülərə xəbərdarlıq etdi

DİN sürücülərə xəbərdarlıq etdi

Zamiqlə Röyanın

Zamiqlə Röyanın EHTİRASLI RƏQSİ — VİDEO

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

19 iyun 1920-triumviratın ölümü -

19 iyun 1920-triumviratın ölümü - Fətəli Xan Xoyskinin qətli

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi:

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlər

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb -

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb - VİDEO

Nikah və boşanmaların statistikası açıqlanıb

Nikah və boşanmaların statistikası açıqlanıb

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib -

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib - VİDEO

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

Yusif Mustafayev efirdə söyüş söydü -

Yusif Mustafayev efirdə söyüş söydü - VİDEO

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Mələk Siyaranın əziz xatirəsinə -

Mələk Siyaranın əziz xatirəsinə - Fəxrəddin Nağıyev yazır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur