Muxtar Babayev və nüavinləri vətəndaşları qəbul edəcək


Muxtar Babayev və nüavinləri vətəndaşları qəbul edəcək


Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 28 iyun 2019-cu il tarixində saat 09:00-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan Quba şəhəri, Heydər Əliyev prospekti) Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, 28 iyun 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Xaçmaz rayonunda, nazir müavini Rauf Hacıyev isə Siyəzən rayonunda vətəndaşlarla görüşəcək.

Vətəndaşların qəbulu Xaçmaz rayonunda Xudat şəhəri, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasında (ünvan Xaçmaz rayonu, Xudat şəhəri 4-cü şöbə) və Siyəzən rayonunda isə Siyəzən meşəbəyliyinin inzibati binasında (ünvan Siyəzən şəhəri, Cəfər Cabbarlı 2)

saat 09:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Xaçmaz rayonu Xudatı şəhəri, 4-cü şöbə) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 023-32-3-00-14, 070-232-33-45, 055-225-11-54) xahiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu