Komitənin sosial şəbəkələr və internet resursları üzərindən hərracı izləmək imkanı


Komitənin sosial şəbəkələr və internet resursları üzərindən hərracı izləmək imkanı


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 25 iyun tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac reallaşıb.

Komitədən AFN-ə verilən məlumata görə, vətəndaşların fəallığı budəfəki hərracda rəqabətli mühiti təmin edib. Belə ki, 29 dövlət əmlakı üzrə ümumilikdə 71 sifariş verilib. 16 vətəndaş isə hərracda iştirak üçün sifarişini onlayn formada edib. İstehsal illəri 1994-2010 olan nəqliyyat vasitələri Nissan, Fiat, Volkswagen və digər markalara aiddir. Qeyd edək ki, avtomobillərdən 18-i rəqabətli hərracda özəlləşdirildi.

Ən yüksək rəqabət buraxılış tarixi 2008 olan Toyota Corolla markalı nəqliyyat vasitəsinin hərracında müşahidə olundu. Belə ki, bu avtomobilə sahib olmaq istəyən 8 nəfərin aktiv iştirakı ilə ilkin hərrac qiyməti 6 min manat olan dövlət əmlakı 9 min 300 manata özəlləşdirildi.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac iyulun 2-si keçiriləcək. Özəlləşməyə çıxarılan 85 dövlət əmlakından 19-u səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsi, 1-i isə yarımçıq tikilidir. Hərraclara çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifarişçi statusu qazanmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu