ASC sədrinin müavinləri vətəndaşlarla görüşüblər


ASC sədrinin müavinləri vətəndaşlarla görüşüblər


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Salyan rayonunda, Rafiq Aslanov isə Hacıqabul rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər.

ASC-nin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının tikintisi və təmiri, suvarma kanallarının lildən təmizlənməsi və müxtəlif məsələləri əhatə edib.

Sədr müavini Zakir Quliyev Salyan rayonunda keçirdiyi qəbulda 13, sədr müavini Rafiq Aslanov isə Hacıqabulda 14 vətəndaşı qəbul edib.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar veriblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu