“Aqrar Tədarük və Təchizat” ASC fermerlerlə görüşüb


“Aqrar Tədarük və Təchizat” ASC fermerlerlə görüşüb


“Aqrar Tədarük və Təchizat” ASC-nin (ATT) bir sıra rəhbər şəxsləri Şamaxı və Zaqatala Regional İdarələri ilə birgə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax və Balakən dayaq məntəqələrində və anbarlarında olublar.

Qax, Zaqatala və Balakən rayonlarının icra hakimiyyətlərinin təşkilatçılığı ilə yerli fermerlər və onların təsərrüfatları ilə yaxından tanış olunub. Rayonun icra hakimiyyəti başçısı Mübariz Əhmədzadənin və ATT-nin Zaqatala Regional İdarəsinin əməkdaşlarının iştirakı ilə fermer və qida istehsalçıları ilə görüş keçirilib. Görüşdə iştirak edən fermerlərə təşkilatın məqsədi, gələcək fəaliyyəti və icra olunmaqda olan layihələr barədə ətraflı məlumat verilib, onlarla müzakirələr aparılıb.

Nizamnaməyə əsasən Səhmdar Cəmiyyət eyni zamanda fermerləri xarici ölkələrə məhsul ixrac etməyə təşviq etməli və bilavasitə məhsul ixracını təşkil etməlidir. Bu səbəbdən şirkət xaricə ixrac edilə biləcək keyfiyyətdə kənd təsərrüfatı və ərzaq məhsulu olan fermerlərə əməkdaşlıq təklif edir. Belə ki, fermerlər yaşadıqları rayon və ya şəhərlərə uyğun olaraq ATT-nin regional idarələrinə müraciət edə və ətraflı məlumat ala bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu